Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Mar

    DÜNYANI HEYRAN QOYAN İNSAN

    Azərbaycan deyəndə göz önündə əzəmətli, əlçatmaz bir zirvə –Heydər Əlyev zirvəsi ucalır. Xalq və dövlət naminə gərgin, qətiyyətli, fədakar və yorulmaz fəaliyyəti dövlətçilik tariximizdə yeganə şəxsiyyəti – xalqımızın böyük oğlu Heydər Əliyevi Azərbaycan xalqının Ümummilli lideri səviyyəsinə yüksəldib. Dahi şəxsiyyət Azərbaycanda siyasi hakimiyyətə gəlməklə yaşadığımız bu firavan günlərin, aydın səhərlərin, zəfərə və qələbəyə gedən yolun, əbədi və dönməz müstəqilliyin təməlini qoyub.
    Dahi rəhbər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə iqtisadiyyatın artımına görə o vaxt SSRİ respublikaları arasında qabaqcıl mövqeyə çıxan Azərbaycan məhz bu gün dünyada ən sürətli inkişaf edən ölkələrdən biri kimi tanınır. Ən önəmlisi də odur ki, bu inkişaf, bu yüksəliş istər o dövrdə, istərsə də indiki zamanda həyatımızın bütün sahələrində özünü göstərir. Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi illər ərzində əldə edilməsi mümkün olmayan işləri gerçəkləşdirdi. Vətənə, xalqa, doğma el-obaya, torpağa hədsiz məhəbbəti və sədaqəti, qurub-yaratmaq amalı ona bütün işlərində çıraq oldu.
    Heydər Əliyev ölkənin bir çox problemlərinin həllinin açarını özünəməxsus nadir keyfiyyətləri və uzaqgörən siyasəti nəticəsində tapmışdır. Yalnız həmin problemlərin həllindən sonra Azərbaycan üçün inkişaf və tərəqqi yolları açılmışdır. Məhz həmin siyasətin nəticəsidir ki, bu gün Azərbaycan həm siyasi, həm də hərbi arenada öz gücünü göstərmiş, 30 il əvvəl itirilən torpaqlarımızın qaytarılmasına nail olmuşdur.
    Bir şəxsiyyət kimi Heydər Əliyev nə qədər açıq olsa da, müasirləri üçün sirr olaraq qalır. Onun siyasi portretini tam dolğunluğu ilə yaratmaq müşkül işdir. Çünki bu, bütöv bir dövrü təsvir etməyə cəhd göstərmək olardı. Bütöv bir dövrü təsvir etmək isə son dərəcə çətin bir vəzifədir.
    Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanın ucalığı, əzəməti, vüqarıdır. Məqaləmin sonunda qeyd etmək istərdim ki, Ümummilli Liderimizin zəngin irsinə dərin ehtiram, siyasi xəttinə sədaqət xalqımızı, dövlətimizi daha da işıqlı gələcəyə, uğurlu nəticələrə aparacaqdır.
    100 il əvvəl doğulmuş ölməz şəxsiyyəti–əsrin qəhrəmanı Heydər Əliyevi hörmətlə anırıq

    Esmira QƏHRƏMANOVA,
    Sarıcalı kənd tam orta
    məktəbin müəllimi

    Müəllif: Redaktor, 11:47

İsmarıclar bağlıdır.