Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 17Mar

    Baharın yurdumuza qədəm qoyduğu günlərdə rayonumuzun Dəmirçilər kəndindən olan Vətən müharibəsi şəhidi Şamil İsmayıllının bacısının toy məclisi keçirilib. Məclisdə rayon rəhbəri Müstəqim Məmmədovla birlikdə ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər və veteranlar iştirak ediblər.
    Bildirilib ki, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında şəhidlərimizin, qazilərin canı, qanı hesabına əldə olunan Qələbənin sayəsində bu gün ölkəmizdə sülh və əmin-amanlıq bərqərar olub. Elimizdə–obamızda toy şənlikləri qurulur. Qədirbilən xalqımız bu yolda canını, sağlamlığını qurban verən igidlərimizi heç zaman unutmayacaq. Şamil kimi oğulların xatirəsi qəlbimizdə əbədi yaşayacaq.

    Bakı şəhərində keçirilən toy məclisində şəhid Anar Hüseynovun ailə üzvləri ilə bərabər Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, şəhid ailələri, qazilər, veteranlar iştirak ediblər.
    Məclis Azərbaycanın Dövlət himni ilə başlayıb, sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
    Tərtər Rayon İcra Hakimiyyətinin başcısı Müstəqim Məmmədov ailə həyatı quran bəy və gəlinin valideynlərinə gözaydınlığı verib, çütlüyə xoşbəxtlik, möhkəm ailə səadəti və cansağlığı arzu edib. Rayon rəhbəri dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim şəhid və qazi ailələrinin yanında olduqlarını, onların problemlərinə diqqət və qayğı ilə yanaşdıqlarını və möhtərəm Prezidentin bütün dövlət qurumlarının qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən etdiyini vurğulayıb. Şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritetlərindən olduğunu qeyd edib. Bildirib ki, şəhidlərimizin canı, qazilərimizin qanı hesabına əldə etdiyimiz Zəfərə görə onlara borcluyuq: “İstər şəhid ailələrinin, istərsə də qazilərimizin daim yanındayıq, onların sevincinə şərik olub, kədərlərinə üzülürük.”
    Qeyd edək ki, Anar Huseynov 1997-ci ilin yanvar ayının 9-da Tərtər şəhərində anadan olub. Qəhrəman döyüşçü 2020-ci il sentyabrın 27-də Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. Sentyabrın 30-da Ağdərə döyüşləri zamanı şəhid olub. Bərdə şəhərində Şəhidlər Xiyabanında dəfn olunub.
    44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
    Şəhidin ailə üzvləri Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

    Müəllif: Redaktor, 11:23

İsmarıclar bağlıdır.