Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 17Mar

    Valideynlərimdən eşitmişdim ki, torpaq da canlıdır, qayğını sevir. Torpağa əyilən hər zaman ucalar.
    Mənim öz həyatım bu sözlərin nə qədər doğru olduğunu sübut edir. İlk vaxtlar fermer kimi fəaliyyətə başlayanda çətinliklərim çox oldu. Lakin qarşıma məqsəd qoydum və yorulmaq bilmədən çalışdım. Hal-hazırda İsmayılbəyli kəndində 80 hektar sahədə toxumluq taxıl becərirəm. Qeyd edim ki, nailiyyətlərimiz yüksəkdir. Təkcə ötən il hər hektardan 60-65 sentner birinci reproduksiyalı, 50-55 sentner 2-ci reproduksiyalı taxıl götürmüşük. Bu, orta rəqəmdir, halbuki ayrı-ayrı sahələrdə məhsuldarlıq daha yüksək olub.
    Uğurlarımın səbəbi nədir? Buna birmənalı olaraq cavab verərdim: dövlətimizin fermerlərə göstərdiyi qayğı, ölkədə bizim üçün yaradılan şərait. Belə ki, toxumluq taxıl becərən fermerlərə dövlət tərəfindən kvota ilə elit toxum verilir. Mən özüm əsasən “Qobustan” sortu seçirəm. Həm məhsuldardır, həm də becərilməsi zamanı problemlərlə rastlaşmırıq. Texnika sarıdan da çətinliklərimiz yoxdur. Dövlət aqrolizinq yolu ilə əldə etdiyimiz texnikanın qiymətinin müəyyən hissəsini özü ödəyir. Gübrələr pulsuz verilir. Becərdiyimiz məhsula gö-rə subsidiyalar alırıq.
    Həm rayonumuzun fermerlərini, həm də ətraf rayonlardan gələnləri yüksək məhsuldar toxumlarla təmin edirik.
    Hazırkı dönəmdə, dünya ciddi ərzaq qıtlığı ilə üz-üzə qaldığı bir vaxtda, üzərimizə düşən vəzifənin məsuliyyətini anlayır və hər bir aqrotexniki tədbiri yüksək səviyyədə həyata keçirərək, ölkəmizin taxıl ehtiyatlarının artırılmasına öz töhfəmizi verməyə çalışırıq.
    Qeyd edim ki, təkrar əkindən istifadə etməyə başlamışıq. Belə ki, ötən mövsümdə biçindən dərhal sonra 40 sentner sahədə qarğıdalı əkdik və hər hektardan 38 ton yem bitkisi götürüldü. Bu işdə müasir texnologiyalardan və texnikadan istifadə etməklə, təsərrüfatımızın gəlirlərini xeyli artıra bildik. Bu ildən təkrar əkini 50 hektarda aparmağı qərara almışıq.
    Taxıl sahələrini əsasən subartezian quyularının vasitəsilə suvarırıq.
    44 günlük Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində hazırda Suqovuşandan arxlarımıza da su gəlir ki, bu da işlərimizi daha yüksək səviyyədə qurmağa kömək edir. Buna görə Prezident İl-ham Əliyevə, Azərbaycan Ordusuna minnətdarıq.
    Taxılçılıqla yanaşı baramaçılıqla da məşğul oluruq. 2016-cı ildə 12 hektar sahədə Cindən gətirilmiş çəkil tingləri əkib becərməyə başladıq. 2017-ci ildə çinlilərin özləri tərəfindən keçirilən monitorinq zamanı işi-miz bəyənildi və rayonumuz bu sahədə 1-ci yerə çıxdı. Hazırda yeni mövsüm qarşısında əlavə baramasaxlama yerləri düzəldirik, çünki yaxşı yem bazamız var, bu sahədə də dövlətimizə xeyir verib, ailə büdcəmizi də möhkəmləndirəcəyik.
    Prezident İlham Əliyevin fermerlərə göstərdiyi qayğı yerlərdə də öz əksini tapır. Rayon rəhbəri vaxtaşırı təsərrüfatımızda olaraq, işlərimizlə maraqlanır və lazımi dəstək verir. Rayonumuza gələn xarici qonaqlar da iş təcrübəmizlə tanış olmaq üçün bizə müraciət edirlər.
    Doğma Vətənimiz sevimli Prezidentimizin qayğısı sayəsində günü-gündən möhkəmlənir. Biz isə öz zəhmətimizlə, birliyimizlə Azərbaycanın şöhrətini daha da artırmağa çalışırıq.

    Mirzə Cümşüdov,
    Tərtər rayonu,
    İsmayılbəyli kəndi

    Müəllif: Redaktor, 14:09

İsmarıclar bağlıdır.