Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 17Mar

    Bizim Yuxarı Qaradağlı kəndi uzun illər cəbhəyanı kənd kimi yaşayıb. Daim ermənilər tərəfindən təxribatlarla üzləşir, torpaqlarımızı rahat əkib-becərə bilmirdik. Birinci Qarabağ müharibəsində cavanlarımız Tərtər Özünümüdafıə Batalyo-nunun tərkibində düşmənə qarşı mübarizəyə qalxdılar. Mən özüm də müharibə veteranıyam.
    Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazandığımız Qələbə həyatımıza əminlik, rahatlıq, bunun nəticəsində evlərimizə ruzi-bərəkət gətirdi.
    16 ildir ki, mən Yuxarı Qaradağlı ilə qonşu olan Qızıl Oba kəndində 37 hektar torpağı icarəyə götürmüşəm. Əsasən arpa, buğda və 3 hektarda yonca əkirəm. Açığını deyim ki, əvvəlki illərdə çox əziyyət çəksəm də, heç də həmişə məhsuldarlıq yüksək olmurdu. Səbəb isə su çatışmazlığı idi. Mənfur qonşularımız təsərrüfat işlərinin ən qızğın vaxtlarında Sərsəng Su Anbarından gələn suyun qarşısını kəsərək, fermerləri çıxılmaz vəziyyətdə qoyurduar.
    , Vaxtilə açılışında Ulu Öndərimizin iştirak etdiyi və Azərbaycanın vəsaiti hesabına tikilən Suqovuşan Su Anbarından gələn su hazırda torpaqlarımıza dirilik gətirir.
    Əvvəllər arpaya, buğdaya yalnız bitiş suyu verə bilirdik. Hal-hazırda isə bütün sahələrdə ikinci suvarma davam etdirilir. Bu işlə yanaşı, həm də sahələrə gübrə verilir ki, bunun da bol məhsul götürülməsində böyük əhəmiyyəti var.
    Azərbaycanda fermerlərin fəaliyyəti üçün yaradılan münbit şərait, dövlət tərəfindən verilən dəstək kəndlilərin torpağın əkilib-becərilməsinə olan marağını artırıb. Gübrə ilə təmin olunuruq, aldığımız subsidiyalar hesabına həm vaxtında yüksək məhsuldar toxumlar əldə edir, həm də ailəmizin dolanışığını yaxşılaşdırırıq.
    Bütün bunlara görə möhtərəm Prezidentimiz İlham Əliyevə öz təşəkkürümüzü bildiririk. Onu da qeyd etmək istəyirəm ki, nə qədər yorğun olsam da, evə gələndə beynəlxalq tədbirlərdə dövlətimizin başçısının çıxışlarını diqqətlə izləyirəm. Onun apardığı siyasət Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi yolun davamı olaraq, xalqımızı xoşbəxt günlərə, uğurlu gələcəyə aparır.
    Tərtərli fermerlər bu siyasəti ürəkdən bəyənir və bizə göstərilən diqqətə, qayğıya cavab olaraq, ölkədə kənd təsərrüfatının inkişafına öz töhfələrimizi veririk.

    Namiq Hüseynov,
    Yuxarı Qaradağlı kəndi

    Müəllif: Redaktor, 14:37

İsmarıclar bağlıdır.