Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Mar

    Ölkəmizin və eləcə də rayonumuzun hər yerində olduğu kimi, 96 saylı Tərtər ilk peşə ixtisas məktəbində də Novruz bayramı şənliyi yüksək coşqu ilə keçirilib. Məktəbin həyətində əsl Novruz ab-havası duyulurdu. Masalar, sə-məni, yaz çiçəkləri və dadlı bayram şirniyyatları–şəkərbura, paxlava, qoğal və tortlarla bəzədilib. Milli geyimdə olan gənc qızların çöhrəsindən sevinc tökülür. Novruz bayramının məşhur qəhrəmanları –Kosa və Keçəlin başları bərk qarışıb yumurta döyüşüb və bayram payı yığmağa. Sanki ətrafdakı təmtəraqdan onların xəbəri yoxdur. Dəvətli qonaqlar isə öz masalarında əyləşib, bayram şənliyinin başlanmasını gözləyirlər.
    Gücləndiricidən bayram şənliyinin aparıcısının səsi eşidilir. İlk olaraq söz peşə məktəbinin direktoru Əli Babayevə verilir.
    Direktor şənliyin iştirakçılarını salamlayır. Ümummilli lider Heydər Əliyevin və canlarından keçərək şəhid olmuş igidlərin ruhu bir dəqiqəlik sükutla yad edilir. Sonra Azərbaycanın Dövlət himninin sədaları ətrafa yayılır. Əli müəllim hər kəsi Novruz bayramı münasibətilə təbrik edib, sözü məktəbin ixtisas müəllimi Həqiqət Alıkişiyevaya verir. Həqiqət Alıkişiyeva bildirdi ki, Novruz bayramı Azərbaycan xalqının milli bayramı olmaqla özündə xalqımızın adətlərini qoruyub saxlamışdı. Bu bayram təbiətin oyanmasından xəbər verir, insanların mənəvi düşüncəsini təzələyir.
    Şənlikdə iştirak edən rayon icra hakimiyyəti aparatının nümayəndəsi Rəvan Həsənov, rayon təhsil sektoru üzrə həmkarlar ittifaqı təşkilatının nümayəndəsi Yasin Abdullayev və başqaları öz ürək sözlərini söyləyərək şənlik iştirakçılarını bayram münasibətilə təbrik etdilər.
    Şənlik rəngarəng proqramla davam etdirildi. Şeirlər, mahnılar, milli rəqslər, idmanın qol güləşi üzrə yarışlar tədbiri daha da maraqlı etdi. Şənliyin maraqlı keçməsində məktəbin psixoloq müəllimi Esmira Əlizadənin böyük zəhməti olub.
    Sonda tonqal ətrafında milli rəqsimiz “Yallı” ilə sanki birliyimizə bir çağırış səsləndirildi. Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 10:53

İsmarıclar bağlıdır.