Tərtərlilər 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Mərkəzi Meydanda Ulu öndər Heydər Əliyevin abidəsini və Şəhidlər Abidə kompleksini ziyarət edib, Ümummilli Liderin, soyqırım qurbanlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Anım mərasimində Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov Ümummilli Liderin, soyqırım qurbanlarının və şəhidlərin ruhuna dualar oxuyub, tədbir iştirakçıları abidələrin önünə gül dəstələri düzüblər.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon Təşkilatının və Ağsaqqallar Şurasının sədrləri, idarə, müəssisə, təşkilat kollektivləri, şəhid ailələri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.