Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Apr

    Bakı Dövlət Universitetinin və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə mənim doğma Tərtərimdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfransın keçirilməsi hər bir tərtərli kimi məni də çox qürurlandırdı. Universitet müəllimlərinin, görkəmli alimlərin orta məktəblərdə, “Gənclər Mərkəzi”ndə şagirdlərlə, gənclərlə keçirdikləri görüşlər mənə orta məktəb illərimi xatırlatdı. O illərdə cəbhəyanı bir kəndin – Qapanlı kənd məktəbinin şagirdi olsam da, çox fəal idim və dəfələrlə müxtəlif bilik yarışmalarında, olimpiadalarda qalib olub mükafatlandırılmışdım. Bundan sonra Bakı Dövlət Universitetində bakalavr, sonra isə magistr pilləsini müvəffəqiyyətlə bitirdim.
    2018-2019-cu illərdə BDU-nun Fizika fakultəsində “Fizika müəllimliyi” ixtisası üzrə əlavə təhsil aldım.
    Həmin diplomu mənə BDU-nun indiki rektoru Elçin Babayev təqdim etmişdi.
    Hal-hazırda AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun “Üzvi birləşmələrin və neft məhsullarının spektral üsullarla tədqiqi” laboratoriyasında elmi işçi vəzifəsində çalışıram. 2021-ci ildə “Neft kimyası” ixtisası üzrə dissertanturaya qəbul olmuşam.
    Mənə elə gəlir ki, BDU-nun çoxhörmətli professor-müəllim heyətinin qəhrəman Tərtərdə keçirdikləri tədbir, Ümummilli Liderimizin həyat və fəaliyyəti ilə bağlı oxuduqları mühazirələr neçə-neçə gəncin qəlbində elmə maraq oyadacaq və mənim kimi onların yolu da bu elm məbədindən keçəcək.

    Nərgiz Orucova

    Müəllif: Redaktor, 10:39

İsmarıclar bağlıdır.