Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Apr

    Prezident İlham Əliyevin hər bir sözünün arxasında konkret, real işlər dayanır. Torpaqlarımız işğaldan azad ediləndən sonra onun xalqa verdiyi növbəti vədi bu yerlərə tezliklə Böyük Qayıdışın başlanması olmuşdu. İndi budur, erməni vandallarının viran qoyduqları doğma yurdlara qayıdış başlayıb. Bu torpaqlarda irimiqyaslı layihələr həyata keçirilir, evlər tikilir, vətəndaşlarımızın rahat yaşaması üçün infrastruktur yaradılır. Belə yaşayış məntəqələrindən biri də rayonumuzun Talış kəndidir.
    Doğma ocaqlarına köçən ailələrə gözəl şərait yaradılıb və həyat getdikcə öz axarına düşür. Bu yaxınlarda isə Talışda ilk toy sevinci yaşanıb.
    Kənd sakini Anar Camalov deyir:
    –Çox istəyirdik ki, övladlarımızın kiçik toy məclisini məcburi köçkün kimi deyil, öz ocağımızda, öz evimizdə qeyd edək. İndi arzumuza çatmışıq. Məclisimizdə hörmətli qonaqların – Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun, Milli Məclisin deputatı Sahib Alıyevin iştirak etmələri sevincimizi daha da artırdı.
    Bu toy Talışda ilk xeyir iş oldu. Ancaq gələcəkdə belə toyların sa-yı çox olacaq. Çünki insanlar öz torpaqlarına qayıdıblar. Bu qayıdışı təmin edən, bizə sevincli günləri yaşadan isə müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevdir.
    Uzun illər məcburi köçkün həyatı yaşayan və indi yenidən öz torpaqlarına dönən digər soydaşlarımız kimi, Türkan və Anar Ca-malovlar da deyirlər:
    –Var ol, cənab Prezident!
    Sizin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın kəndimizə, bizlərin görüşünə gəldiyiniz günü unutmuruq. Allah sizi qorusun!

    “Yeni Tərtər”

     

    Müəllif: Redaktor, 12:41

İsmarıclar bağlıdır.