Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Apr

    Ümummilli Liderin 100 illik yubileyi münasibəti ilə Tərtər rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Təhsil sektorunun, Gənclər və İdman İdarəsinin və Tərtər Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə rayon ərazisində yerləşən N. saylı hərbi hissələrin hərbçiləri və ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında Tərtər Olimpiya Kompleksində kütləvi idman tədbirləri keçirilib.
    Yarışdan öncə Ümummilli Liderin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə hörmət və ehtiram əlaməti ola-raq onların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tədbirdə iştirak edən Tərtər RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev, N. saylı hərbi hissənin polkovniki Seymur Həbibullayev, Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov, Tərtər Olimpiya İdman Kompleksinin müdiri Emin Dadaşov, Uşaq Gənclər İdman-Şahmat məktəbinin direktoru Emin Quliyev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə rayonda keçirilən tədbirlərdən, idman yarışlarından, “dəyirmi masa”, elmi konfranslar və sair tədbirlər haqqında məlumat verib və id-mançılara uğurlar arzulayıblar.
    Yarışda 40 nəfər hərbçi, 25 nəfər məktəbli, 15 nəfər həvəskar idmançı iştirak edib.
    Ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri ilə Müdafiə Nazirliyinin hərbi hissələrinin topçuları, mühəndisləri, komandoları və piyadaların iştirakı ilə futbol, voleybol, şahmat və tennis yarışlarına püşkatma vasitəsi ilə start verilib.
    Uşaq Gənclər Şahmat-İdman məktəbində isə ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri ilə rayon ərazisində yerləşən N. sayli hərbi hissələrin hərbçilərinin iştirakı ilə viktorina, rəsm və əl işlərindən ibarət sərgiyə start verilib.
    Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş kütləvi idman oyunlarına bu gün 3000 metr məsafəyə qaçış marafonu ilə yekun vurulacaq. Yekun tədbirdə rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivinin və hərbçilərin iştirakı ilə konsert proqramı olacaq.

     

    Müəllif: Redaktor, 12:52

İsmarıclar bağlıdır.