Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19May

    Ərzaq bolluğu yaradılır

    Dünyada baş verən hadisələr, həmçinin ciddi iqlim dəyişikliyi kənd təsərrüfatı işçiləri qarşısında mühüm vəzifələr qoyur. İndi torpaqda çalışan hər kəs bilir ki, ərzaq qıtlığının qarşısını almaq üçün əvvəlkindən qat-qat yaxşı işləmək, xüsusən qabaqcıl texnologiyaları tətbiq etmək lazımdır.
    Bu baxımdan Tərtər rayonunun taxılçıları da ildən-ilə zəmiərin məhsuldarlığını artırırlar. Cari təsərrüfat ilində onlar 7092.4 hektarda buğda, 4138.7 hektarda arpa, 154 hektarda isə xəsil üçün arpa becərirlər.
    8742 hektar sahədə birinci, 8723 hektarda ikinci vegetasiya suvarması aparılıb. Hazırda zəmilərə üçüncü su verilir.
    Eyni zamanda siçanabənzər gəmiriçilərə, digər zərərvericilərə və xəstəliklərə, alaq otlarına qarşı mübarizə tədbirləri aparılır.
    9830 hektardan çox sahəyə isə yemləmə gübrəsi verilib.
    Bəyimsarov kəndindən olan I dərəcəli Əmək ordenli Fazil Vəliyev deyir:
    –Hər il təxminən 60-70 hektar sahədə taxıl əkib becərirəm. Bu iş olduqca məsuliyyətli, məsuliyyətli olduğu qədər də gərəklidir. Buna görə də torpağa dən düşən gündən sahədən ayrılmır, hər bir aqrotexniki tədbirin aparılmasına ciddi nəzarət edirəm. Odur ki, nəticələrimiz rayon üzrə ümumi göstəricidən artıq olur. Cari mövsümdə də zəmilərin görkəmi bol məhsuldan xəbər verir. Ümidvaram ki, rayon iqtisadiyyatının möhkəmlənməsinə biz də öz töhfəmizi verəcəyik.
    Həmin kənddən olan Habil İbrahimov isə 100 hektara yaxın sahədə taxıl becərir. Yüksək məhsuldarlığa nail olmaqda ona suvarmada qabaqcıl texnologiyaların tətbiqi kömək edir.
    Fermer deyir ki, cari mövsümdə məqsədi her hektarın məhsuldarlığını 50 sentnerə çatdırmaqdır. Torpaq ona qayğı göstərənlərin zəhmətini artıqlaması ilə qaytarır. Odur ki, tərtərli taxılçılar da mövsümü yaxşı göstəricilərlə başa vuracaqlarına əmindirlər.

    “YENİ TƏRTƏR”

    Müəllif: Redaktor, 11:45

İsmarıclar bağlıdır.