Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19May

    Məqsədimiz 500 kq barama istehsal etməkdir

    Baramaçılıq kənd təsərrüfatının gəlirli sahələrindən biridir. Respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da son illər bu sahənin inkişafına diqqət xeyli artıb. “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq bizim kəndimizdə də barama-çılığın yem bazasını möhkəmləndirmək məqsədi ilə tədbirlər görülüb. Belə ki, təkcə son üç il ərzində Tərtər-Gəncə avtomobil yolunun kənarlarında 1500 ədəd çəkil tingi əkilib. Tinglərin be-cərilməsi, suvarılması işlərinə daim diqqət göstərilir.
    Bunun nəticəsidir ki, ötən il kəndimizin kümçüləri 7 qutu ipəkqurdundan 320 kq məhsul təhvil vermişdilər.
    Cari ildə isə 12 qutu ipəkqurdu götürmüşük. Bunun 4 qutusunun becərilməsi ilə özüm məşğul oluram. Havalar baramaçılar üçün əlverişli olmasa da, işlərimiz qaydasındadır. İpəkqurdu saxlanılan yer istiliklə təmin olunub, kifayət qədər yemimiz var. Bu günlərdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov kəndimizdə olarkən, işimizlə tanış oldu və lazımi tövsiyələrini verdi.
    Artıq ən məsuliyyətli mərhələyə çatmışıq – barama sarğıya gedir. Əminik ki, kəndimizin kümçüləri verdikləri vədə əməl edərək, 500 kq yüksək keyfiyyətli barama istehsal edəcəklər.

    Ədalət HƏSRƏTOV,
    Cəmilli kəndi

    Müəllif: Redaktor, 11:57

İsmarıclar bağlıdır.