Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 26May

    Ş-ərəf, U-ğur, Ş-əhadət, A-zadlıq və daha nələ-nələr yaza biləcəyimiz ecazkar şəhər.
    İgid oğullarımızın şərəflə uğur qazanmaq üçün şəhadət şərbəti içib azadlığa qovuşdurduğu qədim şəhər. Adı çəkilən zaman izahı olmayan qürur bürüyür insanın qəlbini, ruhunu. Necə də gözəl, necə də fərəhlidir azad Şuşadan yazmaq.
    2023-cü ilin Şuşanın Türk Dünyasının Mədəniyyət paytaxtı elan olunması ilə əlaqədar təhsil müəssisələrində keçirilən tədbirlərə məktəbimiz də özünəməxsus şəkildə qoşuldu. Fərqli və maraqlı formatda təşkil olunmuş tədbirimizdə Şuşaya – o füsünkar diyara xəyali səyahətə yollandıq. Vacibdir ki, səyahət edəcəyimiz yerin tarixi, iqlimi, mədəniyyəti, mətbəxi, tanınmış şəxsiyyətləri haqqında məlumatlı olaq. Elə bu səbəbdən də məktəbimizin fənn müəllimləri səyahətimizə bələdçilik etdilər. Belə ki, məktəbimizin tarix müəllimi Yavər Abbasova Şuşanın tarixi, yaranması, işğalı və azad edilməsi haqqında tədbir iştirakçılarına əhatəli və dolğun məlumat verdi.
    Bizə bu səyahətdə bələdçilik edən məktəbimizin biologiya müəllimi Raya Əliyeva Şuşanın flora və faunası haqqında geniş və maraqlı məlumatları iştirakçıların diqqətinə çatdırdı.
    Bu təşəbbüsü uğurla davam etdirən digər fənn müəllimi–məktəbin dil-ədəbiyyat müəllimi Əfsanə Məmmədova Şuşanın tanınmış şəxsiyyətləri, onların həyat və yaradıcılığındakı Şuşa mövzusunun əhəmiyyətindən söhbət açdı.
    Mədəniyyət beşiyimiz Şuşanın musiqisini yaddan çıxarmaq olarmı? Əlbəttə ki, xeyr. Məktəbimizin musiqi müəllimi Murad Qəmbərli Şuşanın musiqisi, mədəniyyəti və Azərbaycan mədəniyyətinə töhfələr verən bəstəkar və xanəndələr haqqında ətrafı məlumat verdi. Müəllimin çıxışı zamanı onu müşayiət edən “Bayatı-Şiraz” tədbir iştirakçılarının ruhunu qidalandırdı.
    Şuşa incəsənəti, sarayları Şuşa qalası və incəsənət xadimləri haqqında məlumat verən məktəbin təsviri incəsənət müəllimi Gülnarə Həsənova bu çıxışından qürurlandığını xüsusilə qeyd etdi.
    Bütün sahələrdə seçilən Şuşamızın mətbəxindən söhbət açmağı da unutmadıq. Məktəbimizin texnologiya müəllimi Çinarə Quliyeva Şuşa mətbəxi, təamları haqqında maraqlı məlumatlar verdi.
    Müəllimlərimizin çıxışlarına yekun olaraq söz alan məktəbimizin direktoru Vəsilə Mehdiyeva öz çıxışı ilə əsl müəllim, əsl türk qadını, əsl vətəndaş olduğunu bir daha doğruladı. Şuşadan danışan zaman gözlərindən süzülən yaş həm Şuşanı, həm də Şuşa uğrunda hər iki müharibədə canını fəda edən oğullarımızı bir daha nəqş etdi ruhumuza…

    Esmira QƏHRƏMANOVA,
    Sarıcalı kənd tam orta məktəbin
    ibtidai sinif müəllimi

    Müəllif: Redaktor, 11:16

İsmarıclar bağlıdır.