Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09İyn

    Rayonun Poladlı kəndində yaşayan “Azərbaycan Bayrağı” ordenli Vətən Müharibəsi veteranı Elnur Salahovun ilk övladı dünyaya gəlib. Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Elnur Salahovun ailəsində olub, onların qayğıları və problemləri ilə maraqlanıb, ailənin yeni dünyaya gəlmiş övladına qiymətli hədiyyə təqdim edib.
    Rayon rəhbəri möhtərəm Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Elnur kimi igid oğulların döyüşlərdə göstərdikləri şücaət nəticəsində 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunduğunu bildirib. Qeyd edib ki, Elnur Respublika Prezidentinin Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordenindən başqa “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə də təltif edilib.
    İcra başçısı ölkə rəhbəri cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xa-nım Əliyevanın şəhid və qazi ailələrinə göstərdiyi diqqət və qayğını dilə gətirib və hər kəsi bu örnəkdən nümunə götürməyə çağırıb, Ulu Tanrıdan ərazi bütövlüyümüz uğrunda həlak olmuş şəhidlərə rəhmət, qazilərə cansağlığı arzulayıb, şəhid analarının qarşısında baş əydiyini, Uşaqların Beynəlxaq Müdafiəsi Günü münasibətilə yeni dünyaya gəlmiş Asya balanı təbrik etməyi özünə borc bildiyini qeyd edib.
    Elnur Salahov və ailə üzvləri şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

    Müəllif: Redaktor, 11:47

İsmarıclar bağlıdır.