Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,442
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20İyn

    Tərtər Rayon İcra Hakimiyyətinin və rayon Mərkəzi xəstəxanasının təşkilatçılığı ilə YAP rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ümummilli Lider və Azərbaycan səhiyyəsi” mövzusunda “dəyirmi masa” keçirilib.
    “Dəyirmi masa”da Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov və səhiyyə işçiləri iştirak ediblər.
    Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin xatirəsinə ehtiram əlaməti olaraq onun abidəsi önünə gül dəstələri düzüblər.
    Sonra “dəyirmi masa” ətrafında davam edən tədbirdə Ümummilli Liderin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tərdbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov səhiyyə işçilərini Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və 17 iyun –Tibb İşçiləri Günü münasibəti ilə səmimi qəlbdən təbrik edib, onlara uzun ömür, cansağlığı, Ümummilli Liderimiz Heydər Əliyev ideyalarının həyata keçirilməsi, Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə doğma Azərbaycanımızın tərəqqisi və yüksəlişi, dövlətçiliyimizin möhkəmləndirilməsi və əhalinin sağlamlığı uğrunda şərəfli fəaliyyətlərində uğurlar diləyib.
    “Dəyirmi masa”da iştirak edən YAP rayon təşkilatının sədri Eldar Əsədov, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi-nin “Tərtər Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin direktoru Sərxan Cələhani, fizioterapiya kabinetinin müdiri Zəhra Əliyeva, rayon Mərkəzi Xəstəxanasında statistika kabinetinin müdiri Anar Salahov çıxış edərək, Ulu Öndərin hakimiyyəti illərində Azərbaycan səhiyyəsinin inkişafından, tibbi kadrlara göstərilən diqqət və qayğıdan söhbət açıblar. Qeyd olunub ki, digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də Ulu Öndərin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
    Çıxışlarda Heydər Əliyev Fondunun səhiyyə sahəsində reallaşdırdığı proqramlardan, həmin layihələrin Mehriban xanım Əliyevanın bilavasitə diqqət, qayğısı və nəzarəti altında olduğu da vurğulanıb.
    Tədbirdə bir qrup tibb işçisi rayon icra hakimiyyətinin başçısı tərəfindən fəxri fərmanla təltif olunub.

     

    Müəllif: Redaktor, 13:44

İsmarıclar bağlıdır.