Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 03İyl

      Hər il olduğu kimi bu il də Tərtər rayonunda Qurban Bayramı böyük təntənə ilə qeyd olunub.

    Bayram münasibəti ilə şəhərin Cavanşir küçəsi 84 ünvanında yerləşən kəsim məntəqəsində bütün gigiyenik qaydalara  və dini ənənələrə əməl edilərək qurban kəsiləcək heyvanlara Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov tərəfindən dualar oxunub, sonra qurbanlar kəsilib.

    Kəsim məntəqəsində olan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov müqəddəs bayram münasibətilə tərtərliləri təbrik edərək bildirib ki, xalqımız həmişə milli-mənəvi dəyərlərinə böyük ehtiramla yanaşır. Ölkəmizdə Qurban bayramı böyük təntənə və ruh yüksəkliyi ilə qeyd edilir. İnsanları bir-birinə yaxınlaşdıran bu bayram bərəkət, mərhəmət və xeyirxah əməllərin rəmzidir.

    Sonra Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə kəsilən qurbanlar şəhid ailələrinə, qazilərə, çernobıl əlillərinə, Tərtər Şəhər Kommunal Təsərrüfatı İdarəsinin əməkdaşlarına və daha çox yardıma ehtiyacı olan şəxslərə göndərilib.

    Sakinlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

    Müəllif: Redaktor, 08:32

İsmarıclar bağlıdır.