Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyl

    Əziz müəllimim, dediyin hər söz
    Qəlbimdə silinməz bir yadigardır.
    Yuxusuzam deyib süzülən bir göz
    Zəhməti itməzsə, nə bəxtiyardır!
    Hörmətli müəllimlərim, işlərimi N. Nərimanov adına Tibb İnstitutuna vermişəm. Çalışacağam ki, sizin etimadınızı doğruldum. Sizi yada saldıqca həyəcanlanıram. “Əla” qiymət ala biləcəyəmmi?!
    Bu sətirlər şəhər 2 nömrəli orta məktəbini bu il gümüş medalla bitirmiş Sona Əsgərovanın müəllimlərinə yazdığı məktubdandır. Sona şəhər 2 nömrəli orta məktəbini medalla bitirən ilk şagirddir. O, birinci sinifdən başlayaraq bütün sinifləri “əla” qiymətlərlə bitirmişdir. Sona oxuduğu müddətdə dəfələrlə məktəb və rayon komsomol komitəsinin Fəxri Fərmanları ilə təltif edilmişdir. 1965-ci ildə respublika kimya olimpiadasının, 1966-cı ildə riyaziyyat olimpiadasının iştirakçısı olmuşdur. 1966-cı ilin avqust ayında məktəb tərəfindən Moskvaya ekskursiyaya göndərilmişdir.
    Sona həm də ədəbiyyat həvəskarıdır. O, gözəl şeirlər yazır. Onun məktubunu şeirlə başlaması təsadüfi deyildir. Müəllim və şagirdlərimiz Sonanın şeirlərini çox dinləmiş-lər. Məktəbimizdə Sonanın davamçıları çoxdur. Səkkizinci sinif şagirdlərindən Nofəl Hüseynov, Mais Cəfərov, Esmira Quliyeva, doqquzuncu sinif şagirdlərindən Sədaqət Mirzəyeva, Elman Məmmədov, Esmira Məmmədova, Qiymət Muradova, Kifayət Allahverdiyeva, Fəxrəddin Məmmədov və bir çox başqaları məktəbi medalla qurtarmaq üçün ciddi çalışırlar.

    Sabir PAŞAYEV,
    şəhər 2 nömrəli orta
    məktəbin direktoru
    “Qızıl bayraq” qəzeti,
    (1968-ci il)

    Müəllif: Redaktor, 09:53

İsmarıclar bağlıdır.