Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,462
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31İyl

    Son mənzilə gedən yolları ot basmasın

    Bu dünyada hər kəs çalışır ki, başqalarından geri qalmasın, evi dəbdəbəli, maşını bahalı olsun. Lakin yaradanın bizə ayırdığı vaxt çatanda, bərabərləşirik. Qəbiristanlıqda məzarlar müxtəlif olsa da, orada uyuyanların bir istəyi var: Son mənzilə gedən yolları ot basmasın, bura zibil tökülməsin.
    Odur ki, gəlin qəbiristanlıqlarımıza qayğı ilə yanaşaq, ancaq qara bayramlarda deyil, adi günlərdə də vaxt tapanda bura baş çəkək, səliqə yaradaq.
    Bu baxımdan şəhərimizdəki köhnə qəbiristanlıqda vəziyyət xüsusilə acınacaqlıdır. Bəzi məzarların üzərinə tökülmüş qalaq-qalaq zibil adamın ürəyini ağrıdır.
    Bu zibilliklər qəbiristanlıqdakı sakitliklə heç cür uyuşmur. Axı, biz bura gələrkən həyatın daimi olmadığını daha çox anlayırıq. Elə isə çalışaq ki, yaşadığımız günləri, ayları xeyirxah işlərə sərf edək.
    Şəhər qəbiristanlıqlarından fərqli olaraq, kəndlərdə vəziyyət daha yax-şıdır. Burda hətta qəbiristanlıqlara nəzarət edən insanlara da rast gəlmək olar.
    Yeri gəlmişkən qeyd edək ki, Milli Mətbuat və Jurnalistika Günündə dün-yasını dəyişmiş əməkdaşlarımızın məzarlarını ziyarət etdik. Ruhları şad olsun! Allah bu dünyadan köçənlərin hamısına rəhmət eləsin

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 09:48

İsmarıclar bağlıdır.