Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Avq

    Ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd olundu

    Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Ulu Öndər müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətinin tarixində Azərbaycan əlifbasına keçidin, yeni əlifbadan istifadənin mühüm bir hadisə olduğunu qeyd edirdi. Bildirirdi ki, ana dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı və mədəniyyətidir. Ümummilli Liderimiz Heydər Əliyevin söylədiyi kimi: “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur”.
    Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini unutmamalı, dilini, dinini, milli adət və ənənələrini təbliğ etməli, yaşatmağa çalışmalıdır.
    2001-ci ildən 1 avqust tarixi Azərbaycanda ən əziz günlərdən biri kimi qeyd olunur. Çünki bu gün Azərbaycanın milli varlığının əsas atributlarından olan ana dili ilə bağlıdır, ölkəmizdə latın qrafikasına keçidlə bağlıdır. Hazırda istifadə edilən latın əlifbası ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra istifadə edilib. Lakin sovet hakimiyyətinin işğalçılıq siyasətindən sonra 70 il Azərbaycanda Kirill qrafikalı əlifba mövcud olub. Müstəqilliyimizin bərpasından sonra ölkəmizdə tədricən latın qrafikalı əlifba tətbiq edilib. Dil millətin simasını səciyyələndirən amillərdən biri olaraq, onun milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Millətin millət olaraq təsdiqidir.
    Azərbaycan dilinin dövlət statuslu dillər arasında olmasına görə bu dilin mənəvi dirilik atributuna çevrilməsi yolunda Azərbaycan ziyalıları – şair, yazıçı, dramaturq və dilçiləri böyük fədakarlıqlar göstəriblər. Ölkədə Azərbaycan dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması dilin qorunmasına yönələn düşünülmüş siyasətin nəticəsidir.

    Müəllif: Redaktor, 10:26

İsmarıclar bağlıdır.