Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Avq

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azadqaraqoyunlu kəndində 3-cü dərəcəli Vətən müharibəsi əlili Sadiq Abbaslının ailəsi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb, Talış və Suqovuşan kəndləri istiqamətində gedən döyüşlərdə iştirak edən “N” saylı əlahiddə kəşfiyyat taborunun müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçusu Sadiqin keçdiyi döyüş yolundan danışıb.
    Rayon rəhbəri Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Sadiq kimi igid oğulların sayəsində qələbə çaldığını bildirib. Onun Vətən, ərazi bütövlüyümüzün bərpası yolunda yaralanaraq öz sağlamlığını itirdiyini deyib.
    Qeyd olunub ki, Sadiq Abbaslı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Cəsur döyüşcü”, “Suqovuşanın azad olunmasına görə”, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
    Onun xoşbəxt ailəsi, bir oğlu var.
    Abbaslı Sadiq bildirib ki, şəhid ailələri və qazilərdən ötrü ən böyük təsəlli onların unudulmamasıdır.

     

    Müəllif: Redaktor, 10:54

İsmarıclar bağlıdır.