Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08Sen

    II Qarabağ müharibəsinin başlanmasından üç ilə yaxın vaxt ötür. Üç ildir ki, xalqımız başıuca yaşayır. Zaman keçdikcə, əldə etdiyimiz Qələbənin sevinci daha da artır. İşğaldan azad edilən torpaqlar abadlaşdıqca, bu yerlərə qan tökən oğulların qəhrəmanlığı əbədiləşir.
    Üç ildə şəhidlərimizin ailələrində nələr baş verib? Necə yaşayıblar, necə böyüyüblər igidlərimizin yadigarları olan şəhid övladları? Qürur hissi ilə deyə bilərik ki, ölkə Prezidenti cənab İlham Əliyevin, Azər-baycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qayğısı və dəstəyi, xalqın sevgisi ilə əhatə olunmuş bu uşaqlar qəhrəman atalarının yolunu şərəflə davam etdirirlər. Onlar hər zaman öndədirlər – Vətənə sədaqətdə, təhsildə, ictimai işlərdə. Ali məktəblərə builki qəbul zamanı Azərbaycanda iyirmiyə yaxın şəhid övladının tələbə adını qazanması bunu bir daha təsdiq edir.
    Onların sırasında həmyerlimiz, həkim, baş leytenant Azər Şəmilovun qızı Aynurə də vardır. Bir il öncə qəzetimizə verdiyi mü-sahibə zamanı Aynurə bildirmişdi ki, Vətəni canından artıq sevən şəhidimiz gözəl ata, övladlarının xoşbəxtliyi üçün yorulmadan çalışan insan idi. Onun ən böyük arzusu onları savadlı, Vətənə gərəkli insanlar kimi tərbiyə etmək idi. Azər həkim bu yolu sonadək gedə bilməsə də, onun hər bir kəlməsini, tövsiyəsini ürəklərində yaşadan övladları arzularını həyata keçirirlər.
    Aynurə də verdiyi sözə əməl edərək, 598,7 balla ADA Universitetinin Hüquqşünaslıq fakültəsinə qəbul olub. Bu münasibətlə onu ürəkdən təbrik edir və uğurlar arzulayırıq.

    Müəllif: Redaktor, 11:56

İsmarıclar bağlıdır.