Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08Sen

    Avropa çempionatından qızıl medalla qayıdan Murad Qurbanovun Tərtərdə təntənəli qarşılanma mərasimi olub. Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin, Qarabağ Regional Gənclər və İdman İdarəsinin nümayəndələri, idmançılar, Murad Qurbanovun ailə üzvləri, müəllimləri, sinif yoldaşları, dostları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasim iştirakçıları Avropa çempionu ilə birlikdə Ulu Öndər Heydər Əliyevin abidəsini və Şəhidlər Abidə Kompleksini ziyarət edərək, abidələrin önünə gül-çiçək dəstələri düzüb, onların xatirələrini ehtiramla yad ediblər.
    Sonra Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov kikboksinq idman növünun Wako versiyası üzrə qardaş Türkiyənin İstanbul şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanan 14 yaşlı Murad Qurbanovu qəbul edib.
    Rayon rəhbəri Murad Qurbanovu idman sahəsində əldə etdiyi uğurlarına görə təbrik edib, ona yeni-yeni uğurlar arzulayıb, ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, idmanın kütləviliyinin təmin edilməsi məqsədilə görülən işlərdən danışıb. Qeyd edib ki, ölkəmiz ikinci dəfə müstəqillik qazandıqdan sonra idman sahəsində əldə edilən qələbələr ona idmançılar ölkəsi kimi nüfuz qazandırıb. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclərə, idmana və idmançılara göstərilən diqqət, qayğı göz qabağındadır.
    Görüşdə gənc idmançı Murad Qurbanov rayon rəhbərinə verdiyi sözə əməl etdiyini, qızıl medalla geri döndüyünü qeyd edərək, gələcək planlarından danışıb, idmanın inkişafına və idmançılara göstərilən diqqət və qayğıya görə respublika Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
    Sonda idmançıya rayon rəhbəri tərəfindən qiymətli hədiyyə, Qarabağ kikboksinq klubunun baş məşqçisi, beynəlxalq dərəcəli hakim Xəyyam Abuşova isə fəxri fərman təqdim edilib, xatirə şəkli çəkilib.

     

    Müəllif: Redaktor, 12:43

İsmarıclar bağlıdır.