Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08Sen

    Tərtər Rayon İcra Hakimiyyətinin və Naftalan şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayondan olan 18 nəfər şəhid ailəsi və 14 nəfər Vətən müharibəsi əlili müalicə və istirahət üçün Naftalan şəhərində yerləşən “Gold Naftalan” MMC Müalicə və Sağlamlıq Mərkəzinə yola salınıb. Onların müalicə və sağlamlıq mərkəzində müalicə kursu qəbul etmələri və istirahətləri təmin olunacaq.
    Yolasalma mərasimində Tərtər Rayon İcra Hakimiy-yətinin Başçısı Müstəqim Məmmədov da iştirak edib.
    Naftalan şəhərinə yola salınan şəhid ailələri və Vətən müharibəsi əlilləri ilə görüşən rayon rəhbəri bildirib ki, ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet məsələlərindən biridir. Mütəmadi olaraq şəhid və qazi ailələri ilə keçirilən görüşlərdə onların qayğıları, qarşılaşdıqları problemlər araşdırılır və yerində həll olunur. Bu istiqamətdə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən şəhid və qazi ailələrinə dəstək üçün ardıcıl olaraq sosial layihələr həyata keçirilir. 18 nəfər şəhid ailəsi üzvünün və 14 nəfər Vətən müharibəsi əliliinin Naftalan şəhərinə müalicə və istirahət üçün göndərilməsi bunun bariz nümunəsidir.
    Tədbirdə iştirak edən şəhid ailələri və Vətən müharibəsi əlilləri onlara dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
    Sonda şəhid ailələri və Vətən müharibəsi əlilləri rayon rəhbəri ilə birlikdə xatirə şək-li çəkdirərək Naftalan şəhərinə yola salınıb.
    Naftalan şəhər İcra Hakimiyyətinin və “Gold Naftalan” MMC-nin əməkdaşları tərəfindən qarşılanan qonaqlar müalicə və sağlamlıq mərkəzində onlar üçün ayrılmış xüsusi otaqlarda yerləşdirilmişlər.

     

    Müəllif: Redaktor, 12:47

İsmarıclar bağlıdır.