Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Okt

    Qubadlı rayonu 1993-cü il avqustun 31 –də Ermənistan ordu hissələrinin genişmiqyaslı hücumu nəticəsində işğal edilmişdi. Qubadlı rayonu və rayonun 93 kəndi erməni qüvvələrinin nəzarətinə keçmiş, rayonun 31 mindən çox əhalisi yurd-yuvasından didərgin düşmüşdü.
    Hər birimizə məlumdur ki, 27 il idi ki, tariximiz qan ağlayırdı. Xalqımızın ürəyi acıyla döyünür, torpaq həsrəti ilə sızıldayırdı. Onların bu həsrəti yalnız torpaqlarımız işğaldan azad ediləndə bitəcəkdi. Nəhayət, illərdir arzusunda olduğumuz o günlər gəlmişdi. 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən əks-hücum əməliyyatlarının 29-cu günü, oktyabrın 25-də Qubadlı şəhəri erməni işğalından azad edildi. Əslində, ilk öncə Qubadlı rayonunun işğaldan azad edilməsinə dair məlumatı biz ok-tyabrın 23-də almışdıq, lakin rayon ərazisində düşmən hərbi obyektlərinə raket zərbələri döyüş əməliyyatlarının başlanmasından bir saat sonra endirilməyə başlamışdı. Bu zərbələr adətən düşmən ehtiyatlarının yerləşdiyi dislokasiya məntəqələrinə, sursat və yanacaq anbarlarına edilmişdi.
    Oktyabrın 24-dən 25-nə keçən gecə Qubadlı rayonu uğrunda şiddətli döyüş başlandı. Düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək ərazini tərk etmək məcburiyyətində qaldı. Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev 25 oktyabr 2020-ci il tarixində xalqa etdiyi müraciətində Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq Mollabürhan yaşayış məntəqələrinin və Qubadlı rayonunun Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmasını elan etdi. Daha sonra 25-26 oktyabrda Qubadlı rayonunun Qiyaslı, Əbilcə, Qilican kəndləri, 30 oktyabrda Kavdadıq, Məmər, Mollalı kəndləri, 2 noyabrda İşıqlı, Muradxanlı, Milanlı kəndləri, 4 noyabrda Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndləri, 7 noyabrda Qəzyan, Balasoltanlı, Mərdanlı kəndləri, 9 noyabrda Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Qaraimanlı, Xəndək, Həmzəli, Mahruzlu, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Enəli kəndləri düşməndən azad edildi.
    Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin Qubadlı şəhərinin girəcəyində hərbi baza yaratması səbəbilə Qubadlı şəhərini azad etmək üçün ilk növbədə ermənilərin istehkamları məhv edilərək bəzi yüksəkliklər ələ keçirilmişdi. Ermənistan ordusu Qubadlıda xeyli canlı qüvvə və texnika itirmişdi.
    İndi biz Qubadlının işğal olunduğu günü sevinc göz yaşlarımızla yada salırıq. Çünki artıq torpaqlarımız azaddır və biz bu azadlığa görə Ali Baş Komandan İlham Əliyevə və Məğrur Ordumuza borcluyuq.

    Həvva NURUZADƏ,
    BSU-nun 2-ci kurs tələbəsi

    Müəllif: Redaktor, 09:16

İsmarıclar bağlıdır.