Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhid ailələri, Vətən Müharibəsi qaziləri və veteranları ilə birlikdə rayonun Cəmilli kənd sakini, Vətən müharibəsi veteranı Heydər Xəlillinin toy mərasimində iştirak edib.
Mərasim iştirakçıları əvvəlcə vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov toy mərasimində çıxış edərək yeni ailə quran gəncləri təbrik edib, onlara xoşbəxtlik, firavan həyat arzulayıb. Sonra icra başçısı Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında bizə qələbə sevincini yaşadan Heydər kimi igid oğulların sayəsində torpaqlarımızın işğaldan azad edildiyini bildirib.
Rayon rəhbəri şəhidlərə Ulu Tanrıdan rəhmət, qazilərə cansağlığı diləyib, vətənpərvər oğul böyütdükləri üçün Heydərin valideynlərinə öz minnətdarlığını bildirib.
Qeyd edək ki, Vətən müharibəsi iştirakçısı Heydər Xəlilli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.
Heydər Xəlillinin ailəsi onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib-lər.
-
27Okt
Müəllif: Redaktor, 11:07