Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə sentyabrın 19-da lokal antiterror əməliyyatları zamanı yaralanan tərtərli hərbi qulluqçuları– şəhərin Nizami küçəsinin sakini Sadiq Məmmədlinin, Cəmilli kənd sakini Səfiyar Məmmədlinin və Qaynaq kənd sakini Şirin Həşimovun evlərində ziyarət edib, onların səhhəti və qayğıları ilə maraqlanıb, yaralılarımıza Allahdan şəfa diləyib.
İcra başçısı bildirib ki, Azərbaycan Silahlı Qüvvələri cəmi 23 saat 43 dəqiqəyə erməni terrorçularını ağ bayraq qaldırmağa məcbur etdi. Ordumuz lokal xarakterli antiterror əməliyyatları ilə bağlı qarşısında duran bütün vəzifələri cəmi bir gün ərzində yerinə yetirdi. Azərbaycan əsgəri daha bir şanlı tarix yazaraq Qarabağda suverenliyimizi tam bərpa etdi.
Hərbçilər onların müalicəsinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
-
27Okt
Müəllif: Redaktor, 11:13