Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Okt

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı  Müstəqim  Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Kəbirli kəndində Vətən müharibəsi şəhidi Hüseynov Elnur Əhliman oğlunun anası Bənövşə xanımın 60 illik yubileyi münasibəti ilə onu ziyarət edib. Şəhid anasını təbrik edərək ona səmimi arzularını çatdırıb, gül dəstəsi və rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə verib. Ailənin qayğıları ilə maraqlanıb.
    Rayon rəhbəri bütün şəhid valdeynlərinin baş tacımız olduğunu bildirib. Şəhidin valideynlərinə Elnur kimi igid bir oğul böyütdükləri üçün öz minnətdarlığını bildirib.
    Sonra İcra başçısı Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsində həyata keçirdiyi antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edildiyini diqqətə çatdırıb.
    Şəhid Elnur Hüseynov 1990-cı ilin aprel ayının 16-da Tərtər rayonunun Kəbirli kəndində anadan olub.
    Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə sa-vaşıb. 2020-ci ilin noyabr ayının 11-də Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub. Tərtər rayonunun Kəbirli kəndində dəfn olunub.
    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Elnur Hüseynov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə” medalları və həmçinin “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilib.
    Ailəli idi, 2 övladı yadigar qalıb.
    Şəhidin valideynləri Ordumuzun keçirdiyi antiterror əməliyyatları nəticəsində Qarabağın erməni quldurlarından təmizlənməsindən məmnun qaldıqlarını bildiriblər.

    Müəllif: Redaktor, 11:37

İsmarıclar bağlıdır.