Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Okt

    Tərtər rayon İcra Hakimiyyəti, Qarabağ Regional Təhsil İdarəsinin Tərtər təhsil sektoru və Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının birgə təşkilatçılığı ilə rayonda yeni istifadəyə verilmiş şəhər 5 nömrəli tam orta məktəbin akt zalında ”Heydər Əliyev İli” çərçivəsində 5 oktyabr –“Beynəlxalq Müəllimlər Günü”ndə “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda konfrans keçirilib. Konfransda Tərtər Rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Tərtər Təhsil sektorunun müdiri Oktay Sarıkişiyev, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, ümumtəhsil məktəblərinin direktorları və müəllimlər iştirak ediblər.
    Tədbirdən öncə təhsil işçiləri rayonun mərkəzi meydanında ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsinə ehtiram əlaməti olaraq abidə önünə gül-çiçək dəstələri düzüblər.
    Ümummilli Lider Heydər Əliyevin, şəhidlərin və ötən təhsil ili müddətində dünyadan kö-çən müəllimlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
    Tədbirdə çıxış edən rayon rəhbəri ümumtəhsil məktəbləri-nin bütün müəllimlərini peşə bayramları münasibəti ilə səmimi qəlbdən təbrik edib, onlara uzun ömür, cansağlığı, şərəfli fəaliyyətlərində uğurlar diləyib. O, öz çıxışında “mən dünyada müəllimdən yüksək ad tanımıram”–deyən Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin bütün dövrlərində milli təhsilə göstərdiyi diqqət və qayğıdan söhbət açib.
    Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə müəllimlərin sosial vəziyyətinin yaxşılaşdirılması, onların fəxri adlarla və digər dövlət mükafatları ilə təltif edilməsinə dair bir çox sərəncamlar imzalayıb. Bütün bunlar Ulu Öndərin müəllim əməyinə verdiyi qiymətin əyani təzahürüdür.
    Rayonumuzun müəllimlərindən 10 nəfər “Əməkdar müəllim” adına, 7 nəfər “Tərəqqi” medalına layiq görülüb.
    Bu gün Respublika Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən milli təhsilimizə müntəzəm olaraq diqqət və qayğı göstərilir. Bu diqqət və qayğını öz rayonumuzun timsalinda da biz daha aydın hiss edirik.
    Tədbirdə Tərtər Təhsil sektorunun müdiri Oktay Sarıkişiyev, YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, “Əməkdar müəllim” İlham Məmmədov, Sarıcalı kənd tam orta məktəbin müəllimi Esmira Qəhrəmanova, şəhər 5 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Aysel Əliyeva çıxış ediblər. Çıxış edənlər Ümummili Lider Heydər Əliyevin hakimiyyəti dövründə təhsil sahəsində aparılan islahatlardan, Ulu Öndərin təhsilə göstərdiyi diqqət və qayğıdan söhbət açıb, hazırda bu diqqət və qayğının Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirildiyini qeyd ediblər.
    Təhsil işçiləri Tərtər rayonunda təhsilə, onun maddi-texniki bazasının gücləndirilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
    Tədbirin sonunda Tərtər Rayon İcra Hakimiyyəti, Qarabağ Regional Təhsil idarəsi və YAP Tərtər rayon təşkilatı tərəfindən bir qrup təhsil işçisi fəxri fərmanla təltif olunub.
    Tədbirdə xatirə şəkilləri çəkilib.

    Müəllif: Redaktor, 11:42

İsmarıclar bağlıdır.