Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,462
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Okt

    Öz adətimiz, öz tərzimiz var

    Hər bir xalqın özünəməxsus adətləri–mədəniyyəti, geyim tərzi, fərqli yeməkləri və s. olduğu kimi, bizim Azərbaycan xalqı da milli-mənəvi dəyərlərimizlə fərqlənir. Bunu ta qədimdən dünyagörmüş insanların həyatında, işində, əməlində, kübarlığında, geyim tərzində açıq-aydın görmək olur. Lakin bəzən həyatda elə yanlışlıqlarla qarşılaşırıq ki, heyrətimizi gizlədə bilmirik. Ya dillənməli, ya da daxildən düşünməli oluruq. Hətta elə olur ki, bu yanlışlıq böyükdən kiçiyə sirayət edir və bu, bir adətə çevrilir. Heç gizlətmirəm, milli adətlərimizlə bağlı müşahidələr aparmağı xoşlayıram. Keşmişlə bugünün fərqindəki gözəllikləri ayırd etmək sanki ehtiyaca çevrilib mənim üçün.
    Məsələn, geyimlə bağlı dəbdir deyib əndazədən çıxanlarımıza təsadüf edilir. Bununla əlaqəli söz salmaqda bəlkə də məni köhnə fikirli bir insan kimi qınayarlar. Amma xeyir. Səliqə-səhmanlı, yaraşıqlı, sadəliyi ilə diqqət çəkən geyimləri uşaqlığımdan çox sevmişəm. Həmişə də belə geyinməyə çalışmışam. 50-60 il əvvəl şalvar geyinən qadınlar o qədər çox deyildi. İllər keçib, müasirlik adı altında yaraşdı-yaraşmadı əksər qadınlar şalvar geyinməyə adət ediblər.Yaxın günlərin söhbətidir. Bir az hava almaq məqsədilə iş yerinin qarşısındakı skamyada əyləşmişdim. Yoldan yorğun keçən bir qadın da gəlib mənim yanımda əyləşdi. Tanışlıq üçün bir az söhbət etdik. 5-10 dəqiqə söhbətimiz davam etdi. Bu anda yoldan bir gəlin keçdi. Onun geyimi diqqətimizi çəkdi. Hətta qadın öz iradını bildirdi:
    – Allah, sən saxla, bunu evdən çıxaran ana onun geyimini görməyibmi, – söylədi.
    Çox çalışdım ki, onu bu fikirdən daşındıram, alınmadı. Gəlin əyninə dar bir şalvar geyinmişdi, şalvarın bir qılçı ağappaq, bir qılçı qapqara. Kənardan baxanda istər-istəməz gülünc hissi yaradırdı. Şalvar geymək eyib deyil, amma hər şeydə bir norma var, kiçik xətadan böyük xətalar törəyir, unutmamalıyıq. Arıq, incə görkəmdə qız-gəlində bu geyimi görəndə adama xoş təsir bağışlayır. Ancaq… Bu fikirlə nə kimsəni aşağılamaq, nə də kiminsə qəlbinə toxunmaq istəyirəm. Amma onu yada salmaq istəyirəm ki, hər kəsin yaşadığı ailəsi və böyüdüyü ocaq var. Analarımız, nənələrimiz xanım-xatın geyimləri ilə hər kəsə nümunə olublar. Öncə atalarına, qardaşlarına, sonra isə həyat yoldaşlarına, oğullarına baş töhməti gətirməyiblər. Bəzi ailələrdə bu hələ də davam edir. Bahalı və dəbdəbəli yox, ədəb-ərkanlı, sadə geyimi ilə tanınan qadınlatımız var ki, ətrafdakı hər kəsə xoş təsir bağışlayır. Bu müşahidələrimin kiçik bir hissəsidir. Hər birimiz ailəmizin adətini, nümunəvi qanunlarını yaşatmalıyıq. Böyüklərimiz əbəs yerə ailəni ki-çik dövlət adlandırmayıblar. Ən azı ailə qanunlarına riayət etməli, ailəmizə, özümüzə yaraşmayan addımları atmamalıyıq. Çünki, biz azərbaycanlıyıq, öz adətimiz, öz tərzimiz var.

    Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 12:56

İsmarıclar bağlıdır.