Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,423
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 04Noy

    Tərtər Rayon İcra Hakimiyyətinin və Qarabağ Regional Təhsil İdarəsinin Tərtər Rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin şagirdlərinin  və Tərtər Peşə məktəbinin tələbələrinin  8 Noyabr – Zəfər Gününə həsr olunan rəsm və əl işlərindən ibarət sərgisi təşkil edilib.

    Sərgidə  məqsəd məktəblilərə Şanlı Azərbaycan Ordusunun 44 gündə qazandığı böyük qələbənin mahiyyətini aşılamaq, onların vətənpərvərlik ruhunda tərbiyəsi, istedadlarının üzə çıxarılması və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsi işinə töhfə vermək  olub.

    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Təhsil Sektorunun müdiri Oqtay Sarıkşiyev, ümumtəhsil məktəblərinin şagirdləri, Tərtər Peşə Məktəbinin tələbələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

    Sərgidə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri və işğaldan azad edilmiş digər rayonlar, Qarabağın simvolu Xarıbülbül, tarixi, dini və mədəni abidələr, Vətən müharibəsi və Zəfər Günü ilə bağlı rəsmlər və əl işləri nümayiş olunub.

    Rayon rəhbəri tədbir iştirakçıları ilə  birlikdə sərgiyə baxış keçirib, şagirdlərin çəkdikləri rəsm və hazırladıqları əl işlərindən məmnun qaldığını bildirib.

     

    Müəllif: Redaktor, 14:36

İsmarıclar bağlıdır.