Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Noy

    Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat kollektivləri və ictimaiyyət nümayəndələri 44 günlük Vətən müharibəsin-də şəhərin Elman Səfərov küçəsinə erməni separatçıları tərəfindən atılan “Smerç” raketi nəticəsində dağılmış Sahib İsmayılova məxsus açıq havada fəaliyyət göstərən ev-muzeyinə ekskursiya ediblər.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının və rayon Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələri, qazilər, veteranlar iştirak ediblər.
    Tədbir iştirakçıları əvvəlcə muzeyin həyətində mülki şəhidlərin şəkillərindən ibarət fotoguşəni ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər. Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Sadiq Cəfərov şəhidlərin ruhuna dua oxuyub.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, Vətən müharibəsində Ermənistan silahlı birləşmələri beynəlxalq hüquq normaları ilə müəyyən olunmuş qaydaları pozaraq, Tərtər şəhəri də daxil olmaqla rayonun yaşayış məntəqələrinə 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atıb, bəzi günlərdə Tərtərə 2000-dən çox mərmi atılıb.
    Qeyd olunub ki, 2020-ci ilin 29 oktyabrında – Sahib İsmayılovun evinə raket düşən gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tərtərdə səfərdə olub. Erməni vandalizminin canlı şahidi olan Prezidentin köməkçisi Tərtəri erməni nasizminə qarşı Azərbaycanın Stalinqradı adlandıraraq, bildirib ki, təəssüflə qeyd etməliyik ki, Tərtər şəhəri II Dünya müharibəsindən sonra Avropanın ən çox bombalar və raketlərin atıldığı şəhərlərindən biridir.
    Rayon rəhbəri tədbir iştirakçılarına erməni terrorçularının törətdikləri terror hadisələrində həlak olan mülki şəhidlər barədə də məlumat verib. Ümumilikdə, 44 günlük Vətən müharibəsində Tərtər rayonunun yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində mülki vətəndaşlardan 16 nəfər şəhid olub, 63 nəfər yaralanıb. Yaşayış evlərinə, qeyri-yaşayış sahələrinə, sosial obyektlərə, məktəb, xəstəxana və uşaq bağçalarına, kənd təsərrüfatına ziyan dəyib. Ancaq tərtərlilər bir gün də olsun öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib, evləri dağılsa da, şəhidlər versə də, ön cəbhədə olduğu kimi arxa cəbhədə də qəhrəmanlıq, şücaət göstəriblər. Bu gün birlikdə ekskursiya etdiyimiz bu muzey erməni vandalizminin bariz nümunəsidir.
    Diqqətə çatdırılıb ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qələbəsi tarixin səhifələrinə qızıl hərflərlə yazılıb. Bu ilin sentyabr ayının 19-da həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı cəmi 23 saat 43 dəqiqə ərzində erməni terrorçuları ağ bayraq qaldıraraq təslim olublar. Xalqımız oktyabrın 15-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində üçrəngli Dövlət Bayrağımızın ucaldılmasını qürur və iftixar hissləri ilə qarşılayıb. Möhtərəm Prezidentimiz 20 illik hakimiyyəti dövründə xalqına verdiyi bütün vədlərə əməl edib, biz birlikdə bir daha uca səslə deyirik: “Qarabağ Azərbaycandır və nida!”
    Artıq işğaldan azad olunmuş ərazilərimizə mərhələli şəkildə qayıdışa başlanıb, tezliklə Qarabağ yenidən öz doğmalarının əlləri ilə dirçələcək və əvvəl-kindən də gözəl olacaq.

     

    Müəllif: Redaktor, 12:34

İsmarıclar bağlıdır.