Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 21Noy

    Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2023-cü il tarixli Sərəncamı ilə Əskipara kənd İƏD üzrə icra nümayəndəsi Pərviz Mustafayev ”Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
    Onun bu vəzifəyə gəlməsindən düz 22 il keçir. O zaman gənc mütəxəssisin kəndə rəhbər təyin olunması birmənalı qarşılanmadı. Bəziləri dedilər ki, əsgərlikdən yenicə qayıdıb, həyat təcrübəsi yoxdur, bizim qayğımızı necə çəkəcək?
    Yaxından tanıyanlar savadlı, həm də çox zəhmətkeş olduğunu söylədilər. Son sözü isə kəndin ağsaqqalları dedilər. Onların fikri beləydi ki, “ot kökü üstə bitər”. Yusif Mustafa-yevin ailəsindən camaata biganə qalan övlad çıxa bilməz.
    Pərviz müəllimin atası Yusif kişi ixtisasca feldşerdir. Bu ailədə 4 övlad böyüyüb. Yusif kişi Şahnabad xanımla halal zəhmətlərilə onların hamısına təhsil veriblər. Tərbiyələrinə də ki, söz ola bilməz.
    Gənc icra nümayəndəsi deyilənlərin hamısını eşidirdi və bilirdi ki, qarşıdakı imtahan indiyədək universitet auditoriyalarındakı sınaqlara bənzəmir, bu, həyat imtahanıdır. Elə işləmək lazımdır ki, camaatın, o cümlədən kənd ağsaqqallarının etimadını doğrultsun.
    Pərviz müəllim bu barədə belə danışır:
    –2000-ci ildə icra nümayəndəsinin müavini, 2001-ci ildə Əskipara kənd İƏD üzrə icra nümayəndəsi təyin olundum. O zaman hələ Əskipara cəbhəyanı kənd adlanırdı. Problemlər həddindən çox idi. Ən böyük problem suvarma suyunun olmamasıydı. Belə ki, kənddə əkin torpaqları kifayət qədər idi. Lakin Sərsəng və Suqovuşan su anbarları işğal altında olduğundan, bu torpaqları lazımi səviyyədə əkib-becərə bilmirdik. Kəndli həm xərc qoyurdu, həm zəhmət çəkirdi, nəticədə isə əli boşda qalırdı. Hər şey iqtisadiyyatla bağlı olduğundan, digər məsələlərin həllində çətinlik çəkirdik. Bu gün Azərbaycanın hər bir guşəsində olduğu kimi, bizim kəndimizdə də yüksək əhval-ruhiyyə hökm sürür. 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Zəfər və bundan sonra bir günlük lokal antiterror əməliyyatı həyatımızı tamamilə dəyişdi. Biz şəhid verdik, kəndimizdə 187 evdən 184-ü qismən və ya tamamilə dağıldı, əkin sahələrinə, fərdi ev təsərrüfatlarına ziyan dəydi, ancaq biz bunlardan sınmadıq. Qalib xalqın övladları kimi qürurla dayandıq.
    Bəli, bu gün Əskipara kəndində insanlar torpağı həvəslə əkib-becərirlər. Pərviz müəllim bildirdi ki, artıq buğda və arpa səpini də başa çatıb və əkinlər suvarılır. Ötən il bu vaxtı su olmadığından fermerlər çox əziyyət çəkirdilər.
    İcra nümayəndəsinin dediklərindən:
    – İcra nümayəndəsi kimi fəaliyyət göstərdiyim illər möhtərəm Prezidentimiz cənab İl-ham Əliyevin hakimiyyətdə olduğu dövrə təsadüf edir. Bu müddət ərzində Azərbaycanın sürətli inkişafı bizim kəndin timsalında da özünü göstərir.
    Belə ki, bu gün həyatımız infrastrukturun inkişafına görə heç də şəhərlərdən geri qalmır. Kənddə kabelləşmə işləri qurtarıb və köhnə, yararsız kabellər SİP kabellərlə əvəz olunub. 4 yeni transformator quraşdırılıb. Sürətli internet xətti çəkilib. Ötən il 1 yeni subartezian quyusu istifadəyə verilib. Şəhərə çəkilən su-kanalizasiya xətti kəndimizi də əhatə edir. Yəni günün 24 saatı suyumuz, işığımız və mavi yanacağımız var ki, bu da insanların həyatını çox dəyişdirib.
    Qeyd olunduğu kimi, Vətən müharibəsində rayonumuzda ən çox ziyan dəyən kəndlərdən biri də Əskipara idi. Evlərlə yanaşı buradakı məktəb, feldşer-mama məntəqəsi dağılmışdı. Müharibədən sonra Əskipara kənd tam orta məktəbi Qızıl Xaç Cəmiyyəti tərəfindən, demək olar ki, yenidən tikildi, feldşer-mama məntəqəsi isə dövlət tərəfindən inşa edildi, mədəniyyət evi təmir olundu. Hazırda kənddə həyatımızın elə bir sahəsi yoxdur ki, dövlətimizin diqqət və qayğısından kənarda qalsın. Bu qayğını hiss edən insanlar Prezident İlham Əliyevin ətrafında daha sıx birləşərək, öz üzərlərinə düşən vəzifələri həvəslə yerinə yetirirlər.
    Söhbətimizin sonunda Pərviz müəllim onun zəhmətinin ölkə rəhbəri tərəfindən yüksək qiymətləndirilməsinə görə cənab İlham Əliyevə və rayon rəhbərinə öz adından, ailəsi və həmkəndliləri adından təşəkkürünü bildirdi.

    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 12:29

İsmarıclar bağlıdır.