Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Noy

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə rayonun Azad Qaraqoyunlu kəndində birinci Qarabağ müharibəsi şəhidi İsax Rəhimovun ailəsində olub, ailənin qayğıları və problemləri ilə maraqlanıb.
    Rayon rəhbəri bildirib ki, şəhidlərin xatirəsi, onların ailəsi bizim üçün müqəddəsdir. Çünki onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub.
    Qeyd olunub ki, İsax Rəhimov 1975-ci il fevral ayının 26-da Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində anadan olub. Orta təhsilini həmin kənd orta məktəbində alıb. 1993-cü il aprel ayında rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına həqiqi hərbi xidmətə göndərilib. Xidmət etdiyi 702 saylı hərbi hissənin tərkibində Füzuli bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə fəal iştirak edib və komandanlıq tərəfindən Fəxri Fərmanla təltif edilib.
    1994-cü il dekabr ayının 28-də Füzuli rayonunun Alıxanlı kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Subay idi. Azad Qaraqoyunlu kənd qəbiristanlığında dəfn edilib.
    Şəhidin ailə üzvləri İsaxla bağlı xatirələrini bölüşərək bildiriblər ki, Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması şəhid ailələrinin qaysaq bağlamayan oğul dərdinə bir məlhəmdir, çünki canlarından keçdiyi Vətən torpağı bu gün azaddır, o ərazilərdə terrorçu dəstələr yoxdur. Bu gün Respublika Prezidenti işğaldan azad edilmiş ərazilərdə – Ağdərədə, Xankəndidə, Xocalıda, Xocavənddə öz əlləri ilə Azərbaycan Bayrağını dalğalandırıb, şəhidlərimizin qisası alınıb.
    Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
    Allah bütün şəhidlərmizə rəhmət, qazilərimizə, veteranlarımıza isə cansağlığı versin!

     

    Müəllif: Redaktor, 14:18

İsmarıclar bağlıdır.