Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Noy

    Aşağı Qapanlı kəndində əhalinin sosial durumu yaxşılaşıb

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının səyyar qəbul-görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Aşağı Qapanlı kəndində keçirilib.
    Qəbulda YAP Tərtər rayon təşkilatının və Ağsaqqallar şurasının sədrləri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
    Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin xatirəsinə kənddə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzülüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Rayon rəhbəri qəbulda Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən danışıb. Qeyd edib ki, bununla da Azərbaycan Respublikasının Konstitusiya quruluşu tam bərpa edilib. Bildirib ki, respublika Prezidentinin 20 illik fəaliyyəti dövründə ölkəmiz böyük tərəqqi və inkişaf yolu keçib. Rayon rəhbəri Ali Baş Komandanın Xankəndi şəhərindəki çıxışından bu sözləri xatırladıb: “Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”.
    Sonra rayonumuzda, eləcə də Aşağı Qapanlı kəndində əhalinin sosial durumunun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Ölkə rəhbərinin diqqət və qayğısı altında rayonumuzda aparılan tikinti-quruculuq-abadlıq işlərini dilə gətirib, Qərbi Azərbaycan İcmasının fəaliyyətindən, İcmanın etnik və dini ayrı-seçkilik qoymadan insan hüquqlarının müdafiəsinə dəstək verilməsini bildirib.
    Kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verilib.
    Bildirilib ki, Aşağı Qapanlı kəndinin 93,46 hektar ərazisi, 57 təsərrüfatı, 268 nəfər əhalisi var. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Kənd daimi işıq, qaz və içməli su ilə təmin olunub.
    Sakinlər 173 baş iribuynuzlu, 170 baş xırdabuynuzlu heyvan, 812 baş quş, 13 arı ailəsi saxlayırlar.
    Son üç ildə Aşağı Qapanlı kəndində Aşağı Qapanlı-Azad Qaraqoyunlu kəndlərini birləşdirən 1200 metr kəndarası yola asfalt salınıb, su arxları 400 m məsafədə lildən təmizlənib, kənd ərazisində müxtəlif növ ağaclar əkilib, 100 m məsafədə kəndarası yollar təmir olunub, yol kənarları alaq otlarından təmizlənərək səliqə-səhmana salınıb.
    Sonra söz sakinlərə verilib.
    Kənd sakinlərindən Süleyman Məmmədov kəndə yeni internet xəttinin çəkilməsi, Arif Hüseynov kəndin elektrik xətlərinin kabelləşdirilməsi işlərinin tamamlanması, Kamran Əhmədov içməli su problemi, Tünzalə Cəfərova məktəbə qaz xəttinin çəkilməsi və digər məsələlərlə bağlı müraciət ediblər.
    Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
    Rayon rəhbərinin növbəti səyyar qəbul-görüşü rayonumuzun Buruc kəndində keçirilib.

    Müəllif: Redaktor, 14:55

İsmarıclar bağlıdır.