Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11Dek

    Xüsusilə qış aylarında artan insan ölümü və digər xoşagəlməz nəticələrə səbəb olan dəm qazından zəhərlənmə, partlayış və yanğın hallarının baş verməsi Azərbaycanda insanları düşündürən ən aktual məsələlərdən biridir. Son illər ərzində informasiya mübadiləsinin tempinin artması dünyada, o cümlədən respublikamızda baş verən hadisələr haqqında məlumatların əldə edilməsi, paylaşılması auditoriyasını xeyli genişləndirmişdir. Mövsümi keçidlə əlaqədar olaraq əhali tərəfindən fərdi yaşayış evlərinin və mənzillərin qızdırılması məqsədilə əlavə qaz qurğularının quraşdırılması, tikinti və təmir işləri ilə bağlı qaz xətlərinin çəkilişi zamanı texniki şərtlərə əməl olunmaması, eləcə də qaz qurğularının və balans mənsubiyyəti sərhədində yerləşən qaz xətlərinin, tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin təhlükəsiz və etibarlı istismarının təmin olunması məqsədilə təmir və digər əlaqədar xidmət işlərinin vaxtında və düzgün həyata keçirilməməsi arzuolunmaz nəticələrin baş verməsinə başlıca səbəbdir.
    Hazırki tarixədək Tərtər rayon Prokurorluğunda dəm qazından zəhərlənmə ilə bağlı aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, yaşadığımız dövrün ən narahatlıq doğuran hadisələrindən biri təbii dəm qazından zəhərlənmə halları əsasən istehlakçılar tərəfindən təbii qazdan və ya qaz qurğularından qanunvericiliklə tənzimlənmiş dövlət standartlarına uyğun istifadə edilməməsi nəticəsində baş vermişdir. Bununla bağlı, rayon Prokurorluğunda aparılmış araşdırmalar zamanı 5 nəfər fiziki şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə “İnzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında” qərarlar qəbul edilməklə baxılması üçün aidiyyəti quruma göndərilmiş və qeyd olunan istehlakçılar barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir.
    Hər şeydən öncə, məişətimizin və sivilizasiyamızın ayrılmaz tərkib hissəsinə çevrilmiş qazdan istifadə qaydalarına düzgün riayət etməklə özümüzün və ətrafdakıların həyatını baş verə biləcək arzuolunmaz bədbəxt hadisələrdən qorumuş oluruq. Hazırda aidiyyəti dövlət orqanları tərəfindən efir, telekanallar, mətbuat vasitəsilə və məlumatlandırıcı bukletlər istifadə edərək əhalinin təbii qazdan istifadə qaydalarına, həmçinin qaz paylayıcısının və istehlakçıların hüquq və vəzifələrinə dair maarifləndirilməsi istiqamətində çoxsaylı tədbirlərin həyata keçirilməsi təmin edilməklə gələcəkdə xoşagəlməz hadisələrin qarşısını almaq üçün preventiv tədbirlər görülməkdədir.
    Dəm qazı, karbon oksidi – yanacağın tam yanmamasından əmələ gəlir. Rəngsiz və iysiz olan dəm qazı insan üçün çox təhlükəlidir, belə ki, hemoqlobinlə möhkəm birləşmə yaradaraq ondan oksigeni çıxarır, bununla da hemoqlobinin qan sistemində hərəkətinə mane olur. Karbon oksidi havada 0,08%-dən artıq olduqda insan üçün ölümcül sayılır.
    “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanunu, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 486-VIQD nömrəli Qanununun tətbiqi və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 08 aprel tarixli Fərmanı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə 2023-cü ildə təsdiq olunmuş “Qazdan istifadə qaydaları”, “Qaz paylayıcısı tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi Qaydası”, “Müayinə və texniki xidmət məlumatları üzrə reyestrin aparılması və ondan istifadə Qay-dası”, “Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələblər”, “Müayinənin və texniki xidmətin həyata keçirilməsinə monitorinqin keçirilməsi Qaydası” və “Tüstü bacalarının istismarında təhlükəsizlik texnikası Qaydası” təbii qazdan istifadə ilə əlaqədar qüvvədə olan normativ-hüquqi aktlara nəzər yetirməklə hər bir insan özünün və ətrafdakıların həyatını və sağlamlığını istənilməz bədbəxt hadisələrdən qo-ruya və aidiyyəti dövlət orqanlarına hüquqi təbliğatın aparılmasında dəstək ola bilər. Ona görə də, hər kəs insan həyatı üçün kifayət qədər təhlükəli olan bu cür halların qarşısının alınmasında fəal olmalı və qanunvericilikdən irəli gələn tələblərə riayət etməklə, etinasızlıq göstərməməlidir.

    Ərziman RİZVANOV,
    Tərtər rayon Prokurorluğunun
    müstəntiqi,
    III dərəcəli hüquqşünas

    Müəllif: Redaktor, 10:50

İsmarıclar bağlıdır.