Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Dek

    Azərbaycan beynəlxalq aləmdə nüfuzlu dövlət kimi, ictimai-siyasi sabitliyin təmin olunduğu ölkə kimi tanınır. Ölkəmizin bu cür inkişaf etməsinin səbəbi dövlət başçısı tərəfindən aparılan praqmatik daxili və xarici siyasət kursudur. Heç şübhəsiz, müasir müstəqil Azərbaycan dövləti hazırkı inkişaf mərhələsinə asan yolla çatmayıb. Tarixin müxtəlif dönəmlərində ayrı-ayrı problemlərlə qarşılaşan Azərbaycan xalqı əzmkarlıq nümayiş etdirərək dövlətçilik ənənələrimizin əbədiliyini, müstəqil Azərbaycanın tərəqqisini təmin edib.
    Məlum olduğu kimi, Azərbaycan 1991-ci ildə müstəqillik əldə etsə də, kəskin problemlərlə qarşı-qarşıya idi. Müstəqilliyin ilk iki ilində ayrı-ayrı xarici qüvvələrin mübarizə meydanına çevrilən, ciddi sosial, iqtisadi problemlərin cərəyan etdiyi Azərbaycan əldə etdiyi müstəqilliyi itirmək təhlükəsi qarşısında idi. AXC-Müsavat cütlüyü Azərbaycanı, sözün əsl mənasında, məhv olmaq təhlükəsinə gətirib çıxardı. Azərbaycan vətəndaş mü-haribəsi təhlükəsi ilə qarşı-qarşıya idi. O zamankı iqtidarın diplomatik səriştəsizliyi ölkədə baş verən hadisələrin qarşısını almaqda aciz idi.
    Belə bir vəziyyətdə xalqımız Azərbaycan dövlətini xilas etmək üçün Ümummilli Lider Heydər Əliyevə üz tutdu. O zaman ölkəyə “rəhbərlik” edən qüvvələr də Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün Ulu Öndər Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirirdilər. Beləliklə, iyunun 9-da Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu. Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında atdığı səmərəli addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslərin neytrallaşdırılmasına nail olundu. Nəticə etibarilə, Ümummilli Lider Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən – qarşıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı.
    Ölkəmizdə hökm sürən xaosun, mürəkkəb siyasi-hüquqi vəziyyətlərin yaranmasının qarşısının alınmasında və ictimai-siyasi sabitliyin əldə edilməsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin liderlik keyfiyyətləri birinci dərəcəli amil kimi xüsusi rol oynadı. Bütün bu hadisələrin təhlili bu qənaətə gəlməyə imkan verir ki, bugünədək əldə etdiyimiz nailiyyətlərin kökündə məhz Ulu Öndərin uzaqgörənliyi dayanır.
    Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizdə sabitlik və inkişaf dövrü kimi tarixə düşdü.
    Bu gün Ulu Öndərin siyasətini uğulu davam etdirən möhtərəm Prezidentimizin məqsədyönlü siyasəti və gərgin əməyi nəticəsində Azərbaycan dünya miqyasında qüdrətli və nüfuzlu dövlətə çevrilib. Həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin məntiqi nəticəsi kimi, ötən illər ərzində ölkəmizin valyuta ehtiyatları artıb, müxtəlif sahələri əhatə edən layihələr uğurla reallaşdırılıb, islahatlar müvəffəqiyyətlə davam etdirilib. Ümumiyyətlə, möhtərəm Prezident İlham Əliyev cənablarının rəhbərliyi ilə milli maraqlara əsaslanan, məqsədyönlü və prinsipial siyasət həyata keçirilir, Azərbaycanın beynəlxalq əlaqələri uğurla inkişaf edir. Şübhəsiz ki, bütün bu müsbət reallıqlar Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir, xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti tam dəstəkləyir.
    Bu bir faktdır ki, Azərbaycanı xoş günlərə çıxaran Ulu Öndər daim xalqımızın yaddaşında yaşayacaq və və xalqımız Dahi İnsanı heç vaxt unutmayacaq.

    Eldar Əsədov,
    YAP Tərtər rayon
    təşkilatının sədri

     

    Müəllif: Redaktor, 11:33

İsmarıclar bağlıdır.