Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Dek

    Allah birliyimizi qorusun

    Möhtəşəm bir ili –2023-ü, “Heydər Əliyev ili”ni yola salırıq. Xalqımız çox qürürlu, çox sevinclidir. Hər evdə, hər ailədə bayram əhval-ruhiyyəsi var. Bu il yeni təqvim ilinin gəlişi Azərbaycanın bütün ərazilərində, işğaldan azad olunmuş şəhərlərdə, kəndlərdə qeyd olunacaq. Artıq Prezident İlham Əliyevin qayğısı və həyata keçirdiyi tədbirlər nəticəsində bu yerlərə Böyük Qayıdış başlayıb. Keçmiş məcburi köçkünlərin bir hissəsi öz doğma torpaqlarına ayaq basıb, uzun illərin həsrətinə son qoyublar. Kəndlər, obalar erməni vandalizminin vurduğu yaralardan xilas olaraq, yenidən tikilir, qurulur.
    Bu evlərdə yaşayan insanlar sanki yenidən həyata doğulublar. Hər kəsin dilindən dualar, alqışlar eşidilir: “Allah şəhidlərimizə rəhmət eləsin! Allah Prezidentimizi qorusun, Allah ona cansağlığı versin”. Ata vəsiyyətinə şərəflə əməl edən dövlətimizin başçısı 30 ildən artıq bir zamanda milyonların ürəyində yalnız arzu, istək kimi yaşayan fikirləri reallaşdırdı, həqiqətə çevirdi və bununla da xalqımızın əbədi sevgisini qazandı.
    Məhz Ulu Öndərin ötən əsrin 90-cı illərinin əvvəlində başladığı ordu quruculuğu siyasəti 2020-ci ildə möhtəşəm nəticələri ilə bütün dünyanı, nəhəng ölkələri heyran qoydu. Bu siyasət nəticəsində Ordumuz həm güclü, müasir texnika ilə təchiz olundu, həm də vətənpərvər, doğma torpağa, xalqa bağlı gənclər yetişdi. Bu gənclər üçün öndə Vətən, torpaq sevgisi oldu, onlar bu yolda qəhrəmancasına döyüşdülər, düşməni ildırım sürəti ilə məhv etdilər, şəhid oldular, yaralandılar. Xalqımız bütöv Azərbaycan uğrunda şəhidlik zirvəsinə ucalan övladlarını unutmur və heç zaman unutmayacaq. Şəhid ailələri, qazilər Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, bütün xalqın qayğı və məhəbbəti ilə əhatə olunublar.
    2023-cü il tərtərlilərin də yaddaşında daim qürur hissi ilə xatırlanacaq. Yəqin ki, heç birimiz lokal antiterror əməliyyatı keçirilən o iki günü – sentyabrın 19-nu və 20-ni unutmayacağıq.
    Məhz bu tarixdə 30 ildən artıq bir müddətdə düşmənlə üzbəüz yaşayan rayonumuzun sakinləri təkrarolunmaz sevinc hissləri yaşadılar. Ermənilərin boş xülyalarının məhsulu olan qondarma respublika dağıldı, hər bir işi necə və nə zaman etməyi bacaran Prezident İlham Əliyevin dəqiq həyata keçirdiyi tədbirlər nəticəsində bu respublikanın qondarma liderləri tutularaq Bakıya gətirildilər ki, törətdikləri əməllərinə görə cəzalarını alsınlar.
    2023 “Heydər Əliyev ili” olmaqla həm də hesabat ili kimi tarixdə qalacaq. Rayonumuzun bütün idarə və müəssisələrində, təhsil ocaqlarında keçirilən, həmçinin çoxsaylı qonaqların iştirak etdiyi tədbirlərdə insanlar Heydər Əliyev dühasından danışmaqla yanaşı, həm də Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu işlər, ürəkaçan yeniliklər, xoş güzətan barədə hesabat verdilər, razılıq və təşəkkürlərini bildirdilər. Tərtərlilərin 44 günlük Vətən müharibəsində düşmən qarşısında məğrurcasına dayanmasını, atılan mərmilərə, raketlərə baxmayraq, heç ki-min öz evlərini tərk etməməsini diqqətə çatdırdılar.
    Qarşıdan 2024-cü il gəlir. Bu il də ölkəmiz üçün çox əlamətdar olacaq. Qarşıda bizi növbədənkənar Prezident seçkiləri gözləyir. Biz bu seçkilərə alnıaçıq, üzüağ gedirik. Ona görə ki, Prezident İlham Əliyev 20 ildə xalqına verdiyi bütün vədlərə şərəflə əməl edərək, ümumxalq məhəbbətini qazanıb. Dünya böhran və müharibələr içərisində çalxalandığı bir dövrdə Azərbaycan sabitliyin, birliyin, tərəqqinin ən gözəl nümunəsidir. Allah birliyimizi qorusun! Yeni iliniz mübarək!

    Svetlana BAĞIROVA

     

    Müəllif: Redaktor, 11:59

İsmarıclar bağlıdır.