Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Dek

    Biz ailəlikcə sevimli Prezidentimizə səs verəcəyik

    2023-cü il ölkəmiz üçün çox düşərli oldu. 2020-də qazandığımız Böyük Zəfərimiz “Heydər Əliyev” ilində daha da böyük qələbə ilə nəticələndi–sentyabrın 19-20-də keçirilən antiterror əməliyyatları nəticəsində torpaqlarımızın işğalına tamamilə son qoyuldu, suverenliyimiz bərpa edildi. Bu döyüşlərdə mənim yaxınlarımdan 4 gənc iştirak edib. Onlardan biri – qardaşımın nəvəsi Fuad Məhərrəmli şəhidlik zirvəsinə ucaldı, qalanları isə düşmənlə mübarizədə qəh-rəmanlıq nümunələri göstərərək qazi kimi ailələrinə döndülər. Dövlətimiz, Prezidentimiz tərəfindən onların igidliyi yüksək qiymətləndirilib, müxtəlif medallara və digər mükafatlara layiq görülüblər.
    2023 bizim üçün həm də ona görə qiymətlidir ki, dünya siya-sətçilərinin birincisi Heydər Əliyev ilidir. Mən özümü xoş-bəxt sanıram ki, Ulu Öndərin rəhbərlik etdiyi ölkədə oxuyub işləmişəm. O dahi insan gənclərin oxuması üçün çox gözəl şərait yatarmışdı. Mən özüm gündüz işləyərək, texnikumun axşam şöbəsində oxumuşam. Sonra Gəncə Dövlət Universi-tetini bitirmişəm. 40 il Tərtər şəhər 1 saylı tam orta məktəbində müəllim işləmişəm. Dərs dediyim müddətdə çalışmışam ki, uşaqlara bilik verməklə yanaşı, onların vətənpərvər ruhda böyümələrinə kömək edim.
    Hal-hazırda mənim yolumu övladlarım davam etdirirlər. Ramilə Heydərova və Aliyə Balakişiyeva vaxtilə mənim çalışdığım məktəbin qabaqcıl müəllimlərindəndirlər. Onlar da dərs dedikləri siniflərdə şagirdlərin vətənpərvərlik ruhunda böyümələri üçün yorulmadan çalışırlar. Nəvələrim – Nəcəf Heydərli Xarici Dillər Universitetinin Regionşünaslıq fakültəsində, Yusif Balakişiyev isə Gəncə Texnologiya Universitetində oxuyurlar. Onlar da çalışırlar ki, dövlətimizə layiqli övlad olsunlar.
    Qarşıdan gələn 2024-cü il Prezident seçkiləri ili olacaq. Biz ailəlikcə xilaskarımız, bizlərə Qələbə sevincini yaşadan, məcburi köçkünlərimizi doğma yurdlarına qaytaran cənab İlham Əliyevə səs verəcəyik. İnanıram ki, onun rəhbərlik etdiyi ölkədə övladlarım, nəvələrim əmin-amanlıq şəraitində və xoşbəxt yaşayacaqlar.

    Vəzifə Məhərrəmova,
    Heydər Əliyev prospektindəki
    13 nömrəli evin sakini, təqaüdçü müəllim

    Müəllif: Redaktor, 12:05

İsmarıclar bağlıdır.