Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11Yan

    31 – dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə Tərtər rayon İcra Hakimiyyətinin və “Səma və Eko” sosial-iqtisadi inkişafa Yardım İctimai Birliyinin təşkilatçılığı ilə Tərtər İstirahət Mərkəzində Vətən müharibəsi şəhidlərinin və əlillərinin övladları üçün bayram şənliyi keçirilib.
    Tədbirdə öncə Azərbaycanın Dövlət Himni səsləndirilib, sonra Ümummilli Liderin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
    Yeni il şənliyində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, Sosial Xidmətlər Agentliyinin Qarabağ Regional Filialının direktoru Elnur Həsənov, “Səma və Eko” sosial-iqtisadi inkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova, Vətən müharibəsi şəhidlərinin və əlillərinin övladları iştirak ediblər.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək tədbir iştirakçılarını 31 dekabr–Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il bayramı münasibəti ilə təbrik edib, ən xoş arzularını çatdırıb. Sonra “Səma və Eko” sosial-iqtisadi inkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova, Sosial Xidmətlər Agentliyinin Qarabağ Regional Filialının direktoru Elnur Həsənov və qazi Kamil Səfərli çıxış edərək Vətən müharibəsi şəhidlərinin və əlillərinin ailələrinin bayramlarını təbrik edib, şəhid ailələrinə, qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıblar.
    Bayram şənliyində Şaxta Babanın, şən klounların iştirakı ilə əyləncəli oyunlar, viktorinalar keçirilib, müxtəlif kompozisiyalar göstərilib, Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər Rayon Mədəniyyət Mərkəzinin hazırladığı bayram konserti təqdim edilib.
    Bayram şənliyi maraqlı və yaddaqalan olub.
    Sonda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Vətən müharibəsi şəhidlərinin və əlillərinin övladları ilə birlikdə tort kəsib. Uşaqlara bayram hədiyyələri təqdim olunub.

    Müəllif: Redaktor, 11:50

İsmarıclar bağlıdır.