Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Yan

    Hərənin bu dünyada taleyinə yazılan bir ömür payı var. Sevinci ilə, kədəri ilə, insan təbiətindən doğan özəllikləri ilə dolu bir ömür payı. Deyirlər ömür olumla ölüm arasındakı yoldur. Bu ömür yolunu necə yaşamısansa, doğmalarının, əzizlərinin, iş yoldaşlarının, tanış-bilişlərinin, qonşularının yaddaşında eləcə də qalırsan.
    Bir aya yaxındır ki, redaksiya binasından içəri qədəm qoyan iş yoldaşları bir anlıq ayaq saxlayıb, girəcəkdəki otağa nəzər salırlar. Elə bil bu an qapıdan Elfuzə xanım boylanıb “sabahınız xeyir, necəsiniz” deyəcək, güləş üzü ilə hərəylə bir cür hal-əhval tutacaq.
    O, işə hamıdan tez gələrdi. Həmişə səliqə-səhmanlı otağına əl gəzdirər, fəsil çiçəkləri, gülləri ilə bəzərdi. İşinə çox məsuliyyətlə yanaşardı. Hərdən zarafat edərdim ki, səndə əsl məmur xisləti var. Həmişə cavab verərdi ki, insan gərək dəqiq olsun. Nə gözləməyi, nə gözlətməyi sevmirdi. Redaksiyaya dəvət etdiyi, haqqında yazacağı gənclərlə, müharibə iştirakçıları, qazilərlə, şəhid ailə üzvləri ilə söhbətlərində hər xırda nöqtəni belə diqqətindən qaçırmazdı. Götürdüyü faktlar sonradan ürəyini, ruhunu qoyduğu yazılara çevrilirdi. Və onları cildləyib saxlayardı, nə vaxtsa kitab kimi görmək arzusu ilə… Sağlığında qisməti olmayan bir çox arzuları kimi…
    Dünyadan vaxtsız köçmüş qardaşı Hilalın nisgili, 19 yaşında şəhid olmuş bacısı oğlu Səbuhinin dərdi onun qəlbinin ən ağır dərdləri idi. Bəlkə bunları yaşadığından yazılarında bir kövrəklik, nisgil özünə yer tapmışdı. “Mən onlardan artıq deyiləm ki. Tanrı nə qədər məsləhət bilib, o qədər də ömür verib”, – deyərdi.
    Vaxtsız ölümü ilə hamımızı kövrəldən Elfuzə xanım bax belə qayğılı, kövrək bir ömür yaşadı. Cəmi bircə gün xəstə yatdı. Məğrur təbiəti kimi ölümü də məğrur, əyilməz oldu. Bir neçə saat əvvəl söhbətləşdiyimiz Elfuzə xanımın qəfil ölümü hamımızı sarsıtdı.
    Qəbr evin nurlu olsun, əziz bacımız, dəyərli iş yoldaşımız.
    Yubileyinə hazırlaşdığımız “Yeni Tərtər”in 90 illiyini görmək qismətin olmadı. Adının dünyadan köçmüş həmkarlarınla çəkilməsinə çox üzülürük. Müvəqqəti dünyada qismətin olmayanlar əbədi dünyada nəsibin ol-sun!

    Rəfayə ƏZİZOVA

    Müəllif: Redaktor, 09:32

İsmarıclar bağlıdır.