Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Yan

    Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyev və rayon prokuroru Əli Qurbanovla birlikdə Hüsənli kəndində şəhid Əmirov Şahin Əhəd oğlunun ailəsini ziyarət edib, ailənin qayğısı və problemləri ilə maraqlanıb.
    Rayon rəhbəri bildirib ki, şəhidlərin xatirəsi, onların ailəsi bizim üçün müqəddəsdir. Çünki onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub, suverenliyimiz bərpa edilib.
    Qeyd edək ki, şəhid Əmirov Şahin Əhəd oğlu 1961-ci il fevral ayının 23-də Tərtər rayonunun Hüsənli kəndində anadan olmuşdur. Orta təhsilini həmin kənd orta məktəbində aldıqdan sonra keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir. Sürücülük ixtisasına yiyələnmiş və yaşadığı M.Ə.Sabir adına sovxozda sürücü işləmişdir. Qarabağ müharibəsi başlananda o, rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına səfərbər edilmişdir. Xidmət etdiyi 703 saylı hərbi hissənin tərkibində Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak etmişdir. 1993-cü il dekabr ayının 29-da Ağdərə ətrafında gedən döyüşdə şəhid olmuşdur. Evli idi. Yaqut və Nuranə adlı iki qızı var. Şahin Əmirov Hüsənli kənd qəbiristanlığında dəfn olunub.
    Şəhidin ailə üzvləri Şahinlə bağlı xatirələrini bölüşərək bildiriblər ki, Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması şəhid ailələrinin qaysaq bağlamayan oğul dərdinə bir məlhəmdir, çünki canlarından keçdiyi Vətən torpağı bu gün azaddır, o ərazilərdə terrorçu dəstələr yoxdur. Bu gün respublika Prezidenti işğaldan azad edilmiş ərazilərdə–Ağdərədə, Xankəndidə, Xocalıda, Xocavənddə öz əlləri ilə Azərbaycan Bayrağını dalğalandırıb, şəhidlərimizin qisası alınıb.
    Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.
    Allah bütün şəhidlərmizə rəhmət etsin, qazilərimizə, veteranlarımıza isə cansağlığı versin!

     

     

     

     

     

    Müəllif: Redaktor, 10:00

İsmarıclar bağlıdır.