Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Yan

    FAYDALI SÖZLƏR

    Qulaq asmağı bacarmayanlara qulaq asmazlar.
    Sevinc dolu göz yaşlarını heç vaxt silmə.
    Kədəri saxta olanın sevinci də saxta olur.
    Keçmişə və gələcəyə təbəssümlə baxmalıyıq.
    Mən sizə arzu edəcəyiniz qədər sevinc arzulayıram.
    Yalnız ölü dillər ölməzlik qazanırlar.
    Ən gözəl fikir də pis ifadə edildikdə qiymətini itirir.
    Ən böyük hiyləgərlik özünü xeyirxah kimi göstərməkdir.
    Çox varlanmaq və çox danışmaq insanı məhv edir.
    Təsirli söz əbədi, dəyərsiz söz isə fanidir.
    Var-dövlət sərvətə deyil, qənaətə söykənir.
    İsrafçılığın ömrü pulun qurtardığı ana qədərdir.
    İstəklərimiz azaldıqca məhrumiyyətlərimiz də azalır.
    Ağıllı cavab istəyirsənsə ağıllı sual ver.
    Qalib öz ordusu və donanması olan liderdir.
    Ağıllı adamlar heç vaxt mübahisə etməzlər.
    Ağıllı adamlar dəlilərdən də nəsə öyrənirlər.
    Əgər bir adama hörmət edirsənsə və bunu üzünə vurursansa, bu, təhqir sayılır.
    Sevinc müdrikliyin xüsusi bir növüdür.

    Toplayanı Əsəd Abbasovdur

    FAYDALI MEYVƏLƏR

    Qarpız A və C vitaminləri ilə zəngindir. Qarpızın hətta ağ hissəsi cinsi aktivliyə çox yararlıdır. Qarpızın xərçəngdən müdafiə xüsusiyyətləri var. Belə ki, qarpız tərkibindəki xərçəngdən müdafiə edən antioksidant olan likopenin miqdarına görə liderdir. Qarpız C, A vitaminlərinin və beta-karotinlərin ən yaxşı mənbəyidir. Bu səbəbdən o, ürək xəstəlikləri, döş xərçəngi, ağciyər, prostat vəzinin xərçəngi və yaşla əlaqədar görmə qabiliyyətinin pozulmasına qarşı müqavimət göstərir.
                                                                                                    XURMA
    Xurma zülallar, qlükoza və fruktoza, C, beta- karotin, kalium, kalsium, maqnezium, fosfor, dəmir və yodla zəngindir. Tərkibində qida lifləri və pektin var. Bu meyvənin parlaq narıncı rəngi onun beta karotin ilə zəngin olmasından xəbər verir. Tərkibindəki antioksidantlara görə xurma yaşıl çaydan geri qalmır.
                                                                                                      ALMA
    Alma güclü bir vitamin, mineral və antioksidant qaynağıdır. Tərkibində bol miqdarda C, K və bəzi B vitaminləri var. Ayrıca çox önəmli bir antioksidant olan kuvarsetin də almanın tərkibində çoxdur. Kuvarsetin özəlliklə almanın qabıq hissəsində boldur. Bu səbəbdən yaxşı yuyulmuş almanı qabığı ilə birgə yemək daha faydalıdır.

     

    Müəllif: Redaktor, 10:32

İsmarıclar bağlıdır.