Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Yan

    7 fevral 2024-cü il tarixdə keçiriləcək Prezident seçkilərində YAP-ın sədri möhtərəm Prezidentimiz İlham Heydər oğlu Əliyevin namizədliyinin irəli sürülməsi cəmiyyətimizin yekdil rəyi və xalqın iradəsinin ifadəsidir.
    Ali Baş Komandan, Prezident İlham Əliyev 30 illik həsrətini çəkdiyimiz torpaqlarımzı geri qaytararaq, xalqımızın ən böyük arzusunu gerçəkləşdirdi.
    Vətən müharibəsində qazanılan şanlı Zəfər, ərazi bütövlüyümüzün bərpası və sentyabrda keçitilən antiterror tədbirləri nəticəsində suverenliyimizin tam təmin olunması müstəqil ölkəmizin daha da inkişafı və güclənməsi, beynəlxalq müstəvidə mövqelərimizin möhkəmlənməsi üçün yeni imkanlar açıb. Eyni zamanda, qalib dövlətimiz regionda yeni reallıqlar yaradıb. Müharibənin başa çatmasından ötən 3 il ərzində möhtəşəm nailiyyətlər möhtərəm Prezidentimiz, YAP-ın sədri İlham Əliyevin adı ilə bağlıdır. Ali Baş Komandanımız İlham Əliyevin üçrəngli bayrağımızı Xankəndidə, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Xocavənddə, Zəngilanda, Füzulidə, Ağdərədə və başqa azad olunmuş ərazilərdə ucaltması cənab İlham Əliyevin xalqın siyasi dəstəyinin qazanmasının bariz göstəricisidir.
    Ulu Öndər Heydər Əliyev deyirdi ki, “mən ona özüm qədər inanıram. Mənim axıra çatdıra bilməyəcəyim işləri o, axıra çatdıracaqdır.” O, ata nəsihətini tam yerinə yetirdi.
    İlham Əliyev bu günə verdiyi bütün vədlərə əməl etdi. Şübhə yoxdur ki, qarşıdakı seçkilərdə xalqımız Qarabağ fatehi İlham Əliyevin yanında olacaq və seçki məntəqələrinə gələrək yekdilliklə ona səs verəcəkdir.
    Qarabağ təkcə torpaq məsələsi deyil, Qarabağ həm də namus, qeyrət məsələsi idi. Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin bərpa olunması və bütövləşməsi xalqımızın başını uca etdi. Cənab İlham Əliyevin zəkasını, fitri istedada malik oldugunu xarici jurnalistlərə verdiyi müsahibələr zamanı bütün dünya gördü.
    Əminəm ki, xalqın öz Liderinə olan sevgisini növbəti dəfə 7 fevral 2024-cü il tarixdə keçiriləcək Prezident seçkilərində görəcəyik. Mən YAP Tərtər Rayon Təşkilatının yaradıcılarından biri, partiya və əmək veteranı kimi, Qəhrəman Tərtərin sakini olaraq partiya üzvlərini seçki məntəqələrinə getməyə və möhtərəm Prezidentimiz İlham Heydər oğlu Əliyevə səs verməyə çağırıram.

    Zakir BAĞIROV

    Müəllif: Redaktor, 11:31

İsmarıclar bağlıdır.