Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 12Fev

    Son aylar qızılca xəstəliyi respublikamızda yayılmaqda davam edir. Qızılca – kəskin infeksion virus xəstəliyi olub yalnız insanlar arasında baş verir. Qızılca çox vaxt uşaq xəstəliyi kimi qəbul edilsə də, lakin hər yaşda insanların xəstələnməsi mümkündür. Qızıl-caya yoluxmuş insanların öskürməsi, asqırması ilə bir insandan digərinə asanlıqla keçir. Belə ki, asqırma, öskürmə zamanı qızılca virusu yuxarı tənəffüz yollarının selik hissəcikləri vasitəsi ilə ətraf mühitə ifraz olunur və hava axını ilə böyük məsafələrə yayılır. Xəstəlik son dərəcə təhlükəlidir. Xəstəliyə qarşı immuniteti olmayan və yoluxmuş bir insanla eyni yaşayış məkanını paylaşan on nəfərdən doqquzu yoluxur. İnsanlar xəstəliyi səpkilərin başlamasından 4 gün əvvəldən və 4 gün sonrasına qədər başqalarına yoluxdura bilər. Qızılca xəstəliyində 3 dövr ayırd edilir. Başlanğıc, səpkilər və piqmentasiya dövrü. Başlanğıc dövr bədən temperaturunun 38,5-39,5 dərəcəyə qədər artması, yuxarı tənəffüs yollarının və gözün selikli qişasının zədələnməsi ilə səciyyələnir. Zökəm, boğazda ağrı, quru öskürək, bəzən inağ sindromu inkişaf edir. İşıqdan qorxma, konyuktivanın hiperemiyası, göz qapaqlarının şişkinliyi müşahidə edilir. Bu dövr 4-5 günə qədər davam edir və bundan sonra səpki dövrü başlayır, ləkəli papulyaz səpki ilə biruzə olunur. İlk səpki elementləri qulaqarxası, burun darağında xırda ləkələr şəklində meydana çıxır ki, onların da ölçüləri sürətlə böyüyür, bəzən birləşir. Bir sutka ərzində səpkilər tezliklə üzdə, boyunda, sonradan ayrı-ayrı elementlər şəklində döşdə, gövdə və nəhayət aşağı ətraflarda yaranır, 5-7 gün sonra piqmentləşmə dövrü başlayır. Əgər fəsadlaşma, yəni bakterial infeksiya qoşulmazsa, sağalma ilə nəticələnir. Qızılcanın ağırlaşma halı xəstəliyin istənilən dövründə baş verə bilər. Qızılcanın fəsadlaşması bronxit, pnevmaniya, orta qulağın iltihabı, baş beyn və onurğa beyin qişasının iltihabı olan meningit, ensofalit, meninqoensefalit ilə təzahür edir. Odur ki, qızılca xəstəliyindən qorunmaq üçün ən vacib profilaktik tədbir peyvənd olunmaq qəbul edilir, eyni zamanda xəstəliyin yayılmasının qarşısının alınmasında mühüm tədbir həm də erkən diaqnostika və xəstənin vaxtında təcrid olunmasıdır. Xəstə müəyyən edilən infeksiya ocağında peyvənd olunmuş uşaqlar müşahidə edilməli, xəstə ilə təmasda olan peyvənd olunmamış uşaqlar isə təcrid olunmaqla müşahidə olunmalıdırlar. Təmasdan 72 saat əzrində peyvənd olunmaq məsləhətdir.
    Xəstəlik haqqında məlumatlı olmaqla biz, xəstələrin erkən aşkarlanması, həkimə vaxtında müraciət etməklə, erkən müşahidəyə götürülməsinə nail oluruq ki, bununla qızılcadan ağırlaşma və ölüm hallarının qarşısını almış oluruq. Tərtər rayonunda da qızılcaya qarşı mübarizə işləri Tərtər RMX PHŞ-i tərəfindən həyata keçirilir. Peyvəndləşməyə start verilməsi ilə yanaşı RMX PHŞ-in infeksion şöbədə xəstələrin qəbulu, hospitalizasiyası, müalicəsi üçün də mühüm işlər aparılmışdır. Xəstəliyin əksərən ağır gedişli olmasını, fəsadlaşmasını nəzərə alaraq, şöbədə bütün palatalar vəziyyətə uyğun hala gətirilmişdir. Belə ki, süni tənəffüs aparatının olması, dərman preparatları ilə təminat, tibbi personalların yoluxma riskini azaltmaq məqsədi ilə gigiyenik vasitələrin (maska, əlcək və s.) təminatı yerinə yetirilmişdir. Tərtər rayonu üzrə 140 xəstə qeydə alınmışdır. 109 nəfər sağalmış, hal-hazırda 28 xəstə ambulator, 3 xəstə stasionar müşahidə və müalicədədir. 6 xəstə Bakı şəhərinə təxliyyə olunmuşdur. Tərtər rayonunda qızılca xəs-təliyi ilə ölüm halı olmamış-dır.
    Qızılca virusunun yayılması ictimai sağlamlığa təhlükəlidir. Odur ki, hər bir sahədə əksepidemik rejimə əməl etməklə, peyvəndləşmə aparmaqla, immun sistemini yüksəltməklə bu virusun yayılmasının qarşısını ala bilərik.

    İradə HÜSEYNOVA,
    Tərtər RMX PHŞ-in
    infeksion xəstəliklər şöbəsinin müdiri

    Müəllif: Redaktor, 15:06

İsmarıclar bağlıdır.