Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 12Fev

    Prezident İlham Əliyevin həyata keçirdiyi gənclər siyasətinin mühüm bir istiqamətini gənclərin qabaqcıl xarici təhsil proqramlarına cəlb edilməsi təşkil edir.
    Belə gənclərdən biri də həmyerlimiz Orxan Mustafazadədir. Orxan 2001-ci ilin 28 noyabrında rayonumuzun Əskipara kəndində anadan olub. Şikar Şikarov adına şəhər 5 saylı tam orta məktəbin məzunudur.
    Orxan Mustafazadənin həyatı müasir Azərbaycan gəncinin parlaq nümunəsidir. Cəmi 23 yaş və saymaqla bitməyən uğurlar, qələbələr, nailiyyətlər, araşdırmalar, ictimai fəallıq, mübarizə və daha nələr, nələr…
    O, 2019-cu ildə 502 qəbul balı və YÖS nəticəsi ilə Türkiyədə iqtisadiyyat ixtisası üzrə təhsil almağa başlayıb. Bakalavr təhsilini 3 ilə yekunlaşdırıb. Hal-hazırda magistratura pilləsi üzrə təhsilini Türkiyə Respublikasında davam etdirir. İkinci kurs magistr tələbəsi olaraq “Dayanıqlı inkişaf”, “Dayanıqlı ekoloji inkişaf” adlı araşdırmaların, “İnternationl Journal of Social and Humanities Sciences Research” elmi jurnalında yayımlanan “Sürdürülebilir Kalkınma Bilinci Üzerine Bir Araştırma” məqaləsinin müəllifidir.
    Orxan Mustafazadənin bugünkü uğurlarından danışarkən qeyd etmək lazımdır ki, onların bünövrəsi orta məktəb illərində qoyulub. O, bu barədə belə deyir:
    – Məktəbimizdə çox gözəl yaradıcı mühit var idi. Şagirdlərin kiçik bir uğuru qiymətləndirilir və bu, öz növbəsində, gələcək addımlarımızı möhkəmləndirirdi. Ad çəkmək istəmirəm, çünki dönüb arxaya baxanda pedaqoji kollektivin hər bir üzvünün üzərimizdə böyük zəhməti olduğunu görürəm. Bunun üçün orta məktəb müəllimlərimə dərin təşəkkü-rümü bildirirəm.
    Orxan müxtəlif mövzularda təşkil olunmuş rayondaxili inşa müsabiqələrində iştirak edərək, müvafiq olaraq I, II, III yerlərə layiq görülüb və Tərtər Rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi, rayon təhsil şöbəsi tərəfindən diplom, sertifikat, tərifnamələrlə qiymətləndirilib. Eyni zamanda “İrəli” İctimai Birliyinin təşkil etdiyi 3-cü mövsüm “Azərbaycanın İntellektual BİRincisi” layihəsi çərçivəsində “Xəmsə” yarışmasında “Qarabağ” regionu üzrə I yerə çıxaraq respublika turuna vəsiqə qazanıb. Təhsil Nazirli-yinin keçirdiyi “Ədəbiyyat biliciləri” yarışmasının respublika turunda qalib olaraq, nazirlik tərəfindən tərifnaməyə layiq görülüb.
    Orxan eyni zamanda məktəbdaxili, rayondaxili müxtəlif yarışma və təlimlərin təşkilatçılarından biri olub. IX sinfi fərqlənmə attestatı ilə bitirib.
    Məktəb illərində idmana da böyük maraq göstərən Or-xan II dərəcəli şahmatçıdır. O deyir ki, 3 dekabr 2016-cı ildə Prezident ilham Əliyevin və Mehriban xanımın iştirakı ilə Tərtərdə möhtəşəm Uşaq və Gənclər Məktəbinin açılışı olub və digər gənc şahmatçılar kimi, Orxan da bu açılışda iştirak edib. Dövlət başçısının və ölkəmizin birinci xanımının uşaqlara göstərdiyi səmimi münasibət, mehribançılıq gələcəkdə daha fəal olmaq üçün ona stimul verib. Orxan onu da bildirdi ki, hər dəfə Türkiyədən doğma Tərtərə qayıdanda şahmat məktəbinə gəlib, balaca idmançıların nailiyyətlərilə maraqlanmağı özünə borc bilir.
    Orxan Mustafazadə 2017-ci ildən Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılmış Regional İnkişaf İctimai Birliyində könüllüdür, respublika marafonlarına, görüşlərə qatılıb. Eyni zamanda GİKM, YAŞAT Fondu, İdman Könüllüləri, “Böyük Qayıdış” Gənclər, “DAVAM” Gənclər Hərəkatında könüllü kimi fəaliyyət göstərir. 2020-ci ildə Tərtər rayonu üzrə “İlin İdman Könüllüsü” seçilib.
    MAG verilişinin xaricdə təhsil alan gənc kimi qonağı olub. 26 fevral 2020-ci il tarixdə Xocalı soyqırımının anım günü ilə əlaqədar Türkiyədə keçirilən açıq havada tədbir, konfransın təşkilatçılarından biridir.
    Naxçıvan Muxtar Respublikasında baş tutan “Azərbaycan -Türkiyə gənclərinin Beynəlxalq Zəfər Düşərgəsi”ndə iştirak edib.
    YAŞAT Fondu ilk yarandığı tarixdən 2021-ci ilin ok-tyabr ayınadək Tərtər rayonu üzrə Fondun nümayəndəsi kimi fəaliyyət göstərib.
    Orxan Laçın –Xankəndi yolunda keçirilən ekoloji aksiyanın iştirakçılarından biri olmağından da qürur duyur.
    Tərtər rayon rəhbərliyinin gənclərin fəallığının artırılması istiqamətində apardığı ardıcıl işlər, “Vətənpərvərlik işlərində xidmətlərinə görə” medalı ilə təltif olunması gələcək hədəflərinin reallaşması uğrunda apardığı mübarizədə Orxan Mustafazadəyə stimul verir.

    Səhifəni hazırladı:
    Svetlana BAĞIROVA

     

    Müəllif: Redaktor, 15:12

İsmarıclar bağlıdır.