Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 12Fev

    Növbədənkənar Prezident seçkiləri bir daha tərtərlilərin dövlətimizə, Prezident İlham Əliyevə inam və sədaqətinin nümayişinə çevrildi. 44 günlük Vətən müharibəsində olduğu kimi, seçki günü də rayonumuzun sakinləri yumruq kimi birləşərək, bizə Qalibiyyəti, övladlarımıza sakit səma altında böyüməyi bəxş edən insana səs verdilər.
    Mən və ailə üzvlərim 97 saylı Tərtər-Naftalan-Goranboy seçki dairəsinin 1 saylı seçki məntəqəsində səs verdik. Burada əsl bayram əhval-ruhiyyəsi hökm sürürdü. Qəhrəman tərtərlilər bu günü çox gözləmişdilər.
    Müstəqillik əldə edildikdən sonra ilk dəfə olaraq Azərbaycanın bütöv ərazisində seçkilər keçirildi. Vaxtilə ermənilərin keçilməz sədd yaratdıqları və oradan daim, hətta atəşkəs dövründə də şəhərimizi, kəndlərimizi atəşə tutduqları Ağdərədə, Suqovuşanda indi insanlar sərbəst şəkildə ən layiqli namizədə səs verdilər.
    Bəli, biz o günləri yaxşı xatırlayırıq. Tərtərin və ətraf rayonların əkin suyuna necə ehtiyac olduğu günlər də yadımızdan çıxmayıb. İndi Sərsəng Su Anbarı da, Suqovuşan Su Anbarı da bizimdir və buradan kanallar vasitəsilə gələn sular torpaqlarımıza yeni həyat bəxş edib.
    Artıq torpaqlarımız azad edilib, ərazi bütövlüyümüz və suverenliyimiz isə bərpa olunub. Milyonların bu arzusunu gerçəkləşdirən isə hər bir vədinin arxasında əməli işi dayanan Qalib xalqın Qalib lideri – İlham Əliyevdir.
    Feralın 7-də tərtərlilər ona səs verərkən ölkəmizin firavan gələcəyinə, Qarabağımızın dirçəlişinə, sülhə və əmin-amanlığa səs verdilər.
    Əminik ki, növbəti illərdə dövlətimizin başçısı xalqa verdiyi hər bir sözü layiqincə yerinə yetirəcək, onun rəhbərliyi altında Azərbaycan daha böyük uğurlara imza atacaq və günəş kimi dünyaya parlayacaqdır.

    Anar ƏLİYEV,
    Aslan Hüseynov
    küçəsinin sakini, fermer

    Müəllif: Redaktor, 15:27

İsmarıclar bağlıdır.