Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Fev

    Aşıq yaradıcılığında təcnisə (qoşmanın cinas növü) xüsusi yer və diqqət ayrılır. Təcnis ta qədimdən bu günümüzə qədər mövcudluğunu saxlamaqdadır. Tufarqanlı Abbasdan, Qurbanidən bəri yaradıcı aşıqlar və bir çox şairlər təcnis növünə müraciət etmişlər. Aşıq Alıda, Dədə Ələsgərdə, Dədə Şəmşirdə olduqca dərin mənalı təcnislər oxuyuruq. Öz dövründə Aşıq Alıya “Təcnis Alı” ləqəbi də verilmişdir. Həmyerlimiz, istedadlı qələm sahibi Talıb Məmmədlinin yaradıcılığında da təcnis janrına rast gəlinir. Aşağıda bunlardan bir neçəsini oxucularımıza təqdim edirik.

    DAŞ QALA

    Xoş niyyətlə çapa bənna çapanda,
    Saray qura, ya möhtəşəm daş qala.
    Qərəz ilə qoyulmaya sapanda,
    Tərəfləri sövq etməyə daş qala.
    Qaladırmı, bir həmləyə yad aşa?
    Basqı edib, zəhər qata yad aşa.
    Cirə, tuta ya atəşə, ya daşa,
    Deyə: haydı, güllə yağdır, daş qala.
     

    Minnət yurdun qayasına, salına,
    Məsləhətli, uyğun yerdə salına.
    Hifz oluna, yağılardan salına,
    Abad ola, daş üstündə daş qala.

     

    Talıb, ha yaz, misra-misra əri də,
    Duyan gərək qalanı da, əri də.
    Bəlkə Tanrı mərhəməti əridə,
    Fəlakətdi, daş ürəklər daş qala.

    Müəllif: Redaktor, 09:22

İsmarıclar bağlıdır.