Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Fev

    “Yarpız ətri” yazısı qəzetimizdə 10 fevral 2012-ci ildə dərc olunub. Azərbaycan Mətbuat Şurasının xüsusi diplomuna və pul mükafatına layiq görülüb. Nəyə görə faciə ilə bağlı məqaləyə məhz “Yarpız ətri” sərlövhəsi seçilib? Məqsəd bizim yarpız ətirli, sülh qoxulu dinc həyatımızla ermənilərin insanlarımıza yaşatdıqları ağlasığmaz faciələr arasındakı təzadı daha qabarıq şəkildə göstərməkdir. Qeyd edim ki, həmin yazının rus dilinə tərcümə olunmuş variantı xalqımızın yaxın dostu, Xocalı faciəsinin canlı şahidi və bu barədə həqiqətlərin dünyaya çatdırılmasında misilsiz xidmətləri olan Ri-cardas Lapaitisə də göndərilmiş və onun tərəfindən də bəyənilmişdi.
    Aradan 12 il ötüb, ancaq Fatma ananın sonsuz kədər hissi ilə “ermənilər və onlara havadarlıq edənlər başımıza gətirdikləri bu müsibətlərə görə nə zamansa cavab verəcəklər?” sualı hələ də qulaqlarımda səslənir. Xocalının azad edilməsi xəbərini eşidəndə də elə ilk yadıma düşən Fatma ana və onun ailəsi oldu. Ona görə də bu il – Şanlı Zəfərimizdən sonra artıq azad Xocalının sakini olan Fatma Zamanova ilə yenidən görüşmək qərarına gəldim.
    Maraqlandım, öyrəndim ki, çoxdandır ki, onlar o uçuq ferma binasında yaşamırlar. Oğlanlarından biri – Qabil Zamanov isə elə əvvəl yaşadıqları kəndin ərazisində – rayonumuzun Qaynaq kəndində məskunlaşıb. Onunla görüşdüm. Qabil dedi:
    – O müdhiş gecədən keçən müddət ərzində həyatımızda çox şey dəyişib. Düzdür, yaralarımız sağalmayıb, sağala da bilməz.
    Ancaq bununla yanaşı ürəyimizdə böyük sevinc və möhtərəm Prezidentimiz İlham Əliyevə təşəkkür hissləri var. Bu gün Xocalı azaddır. Tezliklə biz o yerlərə ayaq basacağıq. Bu uzun illər ərzində bir an belə yadımızdan çıxmayan atamızı axtaracağıq. Ermənilərin törətdikləri cinayətlərin üstü açılır, o torpaqlarda günahsız, dinc insanların kütləvi məzarlıqları aşkar olunur. Kim bilir…
    Bəli, həyat özü Fatma ananın sualına cavab verdi. Düşmən şanlı Azərbaycan Ordusunun əli ilə öz cəzasını aldı, şəhidlərin qanı batmadı. Qondarma “rəhbərlər”, əlləri minlərlə azərbaycanlının qanına batmış cinayətkarlar isə Azərbaycanın təcridxanalarında saxlanılır. Onlar beynəlxalq hüququn bütün normaları əsasında törətdikləri əməllərin cavabını alacaqlar.
    Qabildən onu da öyrəndim ki, ailədəki 10 övladdan ikisi artıq həyatda yoxdur. Fatma ana bir oğlunu və bir qızını itirib. Özü isə gecə-gündüz Allahdan ömür istəyir ki, Xocalıya gedib, ömür-gün yoldaşının nəşini tapsın, yaxud tapmasa da, həmin yerləri bir daha ziyarət etsin.
    Qabil bildirdi ki, didərginlik həyatının ilk illərində çox əziyyət çəksələr də, Prezident İlham Əliyevin, dövlətimizin qayğısı sayəsində bütün ailə üzvləri Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkünlər üçün tikilmiş qəsəbələrdə, digər yerlərdə lazımi şəraitlə təmin olunublar. Həyat öz axarına düşsə də, onların hər biri Xocalıya dönmək arzusu ilə yaşayır.

    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 10:25

İsmarıclar bağlıdır.