Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Fev

    Bu günlərdə rayon rəhbəri həmçinin Vətən müharibəsai şəhidi Əjdər Sabirlinin ailəsini ziyarət edib. Ailə rayonumuzun Hacallı kəndində yaşayır. Gülnar ananı 55 illik yubileyi münasibəti ilə təbrik edən Müstəqim Məmmədov bildirib ki, xalqımıza Şanlı Zəfəri bəxş edən qəhrəman oğulları Gülnar xanım kimi Azərbaycan anaları böyüdüb tərbiyə ediblər. Vətən sevgisi onların ürəyinə ana laylası ilə hopub. Buna görə də həmin oğullar döyüş meydanında mərdliklə vuruşdular.
    Vətən, xalq şəhid olan övladlarını da, onların ailələrini də həmişə əziz tutub və tutacaq.
    Sonra şəhidin həyat yoluna nəzər salınıb. Qeyd olunub ki, şəhid kiçik çavuş Sabirli Əjdər Xanlar oğlu 1966-cı ilin dekabr ayının 22-də Tərtər rayonunun Hacallı kəndində anadan olub. O, Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu idi.
    Vətən müharibəsi başlayanda 4 il idi ki, hərbidə qulluq edirdi. O, tankçı idi. Sabirli Əjdər 11 oktyabr 2020-ci il tarixdə 44 günlük Vətən müharibəsində Suqovuşan, Talış kəndləri istiqamətində gedən döyüşlərdə şəhid olub və doğulduğu kənddə dəfn olunub.
    Əjdər Sabirli ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Suqovuşanın azad olunmasına görə,” ”Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif olunub.
    Şəhid anasına rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim olunub.

    “YENİ TƏRTƏR”

    Müəllif: Redaktor, 10:37

İsmarıclar bağlıdır.