Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Fev

    Onun arzusunu Azərbaycan Ordusu reallaşdırdı

    İstər I Qarabağ müharibəsində, 44 günlük Vətən müharibəsində, istərsə də Azərbaycan Ordusunun Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda apardığı digər hərbi əməliyyatlarda xalqın xoşbəxtliyi yolunda şirin canlarını fəda edən qəhrəmanlar illər keçsə də, unudulmur. Şanlı Qələbəmiz sanki onların ailələrinin dərd-qəminin üzərinə bir sərinlik suyu çiləmiş, şəhidlərimizin ruhu şad olmuş, ailə üzvlərinin isə üzlərinə illərdir görünməyən təbəssüm qonmuşdur.
    Belələrindən biri də I Qarabağ müharibəsi şəhidi Qüdrət Ağamalıyevin ailəsidir.
    Qüdrət Qərib oğlu Ağamalıyev 1959-cu il oktyabr ayının 2-də rayonumuzun Qapanlı kəndində anadan olub. Qapanlı kənd orta məktəbinin 8-ci sinfini bitirdikdən sonra orta təhsilini Şuşa 1 nömrəli internat məktəbində alıb. 1978-1980-ci illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.
    Məktəbi bitirdikdən sonra, o, kolxozda sürücü işləyirmiş. 1993-cü ilin noyabr ayında rayon hərbi komissarlığı tərəfindən Milli Ordu Sıralarına səfərbər edilib. 1994-cü il yanvar ayının 20-də Ağdərə bölgəsində Lüləsaz kəndi ətrafında gedən döyüşdə şəhid olub.
    O, şəhid olarkən övladları çox kiçik idilər. İndi, şükür, böyüyüblər və atalarının müqəddəs xatirəsini qəlblərində yaşadırlar.
    Bu günlərdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Qüdrət Ağamalıyevin ailəsini ziyarət edib.
    Söhbət zamanı övladları şəhidin arzularından danışıblar. Qeyd olunub ki, onun ən böyük istəyi düşmən tapdağı altında olan torpaqlarımızın azad edilməsi idi. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu bu arzunu reallaşdırdı. Şəhidlərimizin, günahsız dinc insanların intiqamı alındı.
    Görüş zamanı dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən qayğıdan da danışılıb. Qüdrət Ağamalıyevin övladları bu qayğı və diqqətə görə ölkə başçısına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.

    Müəllif: Redaktor, 10:40

İsmarıclar bağlıdır.