Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Fev

    2024-cü il yanvarın 1-i vəziyyətinə rayon ərazisində heyvanların, quşların və arı ailələrinin tam uçotu aparılmışdır. Uşotla rayonun bütün kənd təsərrüfatı müəssisə və təşkilatları, eləcə də kənd yerlərində yaşayan fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarının hamısı, şəhər və qəsəbələrdə isə yalnız mal-qarası olan ev təsərrüfatları əhatə edilmişdir. Beləliklə, rayon üzrə müxtəlif təşkilati-hüquqi formalı 15029 uçot vahidi sorğuya cəlb olunmuşdur.
    Ayrı-ayrı mal-qara növləri üzrə heyvandarlığın baş sayının əvvəlki illə müqayisədə dəyişilməsi aşağıdakı kimi olmuşdur.
    İribuynuzlu mal-qara. 2024-cü il yanvarın 1-i vəziyyətinə rayonda 34224 baş iribuynuzlu mal-qara, o cümlədən 13928 baş inək və camış olmuş və onların sayı il ərzində mü-vafiq olararq 8.6 və 5.4 faiz artmışdır. Iribuynuzlu mal-qaranın sayı 2020-ci il yanvarın 1-nə 4557 baş və ya 15.4 faiz artmışdır.
    Sürü dövriyyəsinin təhlili göstərir ki, süd istehsalını artırmaq məqsədilə təsərrüfatlar ana malın sayının artırılmasına daha çox meyllidirlər. Belə ki, son 5 il ərzində inək və camışların sayı 12535 başdan 13928 başa çatmaqla 11.1 faiz artmış, mövcud iribuynuzlu mal-qaranın 40.7 faizini inək və camışlar, 1457 başı və ya 4.3 faizini düyələr təşkil etmişdir.
    Mövcud iribuynuzlu mal-qaranın 34079 baş və ya 99.6 faizini inək naxırı, 145 baş və ya 0.4 faizini camış naxırı təşkil edir.
    Rayonda mövcud olan iribuynuzlu mal-qaranın 97.9 faizi və ya 33508 başı ailə kəndli və ev təsərrüfatlarına, ümumilikdə isə kənd təsərrüfatı müəssisələri də daxil olmaqla 99.8 faizi və ya 34162 başı qeyri-dövlət bölməsinə məxsus olmuşdur.
    Qoyun və keçilər. Qoyunçuluq heyvandarlığın mühüm ənənəvi sahələrindəndir. 2024-cü il yanvar 1-i vəziyyətinə rayonda bütün təsərrüfat kateqoriyaları üzrə 46231 baş qoyun və keçi (o cümlədən 45349 baş qoyun, 882 baş keçi) mövcud olmuşdur. İl ərzində qoyun və keçilərin sayı 2761 baş və ya 6.4 faiz artmışdır.
    Qoyun sürüsünün tərkibində ana qoyunların, 1 yaşda və böyük şişəklərin xüsusi çəkisi 55.5 faiz, keçi sürüsünün tərkibində isə anoloji göstərici 55.6 faiz təşkil etmişdir.
    Rayonda mövcud olan qoyun və keçilərin 96.7 faizi və ya 44722 başı ailə kəndli və ev təsərrüfatlarına və hamısı qeyri-dövlət bölməsinə məxsus olmuşdur.
    Atlar. 2024-cü il yanvarın 1-i vəziyyətinə atların ümumi sayı rayon üzrə 592 baş təşkil etmişdir. Atların ümumi sayının 98.1 faizi və ya 581 başı ailə kəndli və ev təsərrüfatlarına məxsus olmuşdur. Onların baş sayı 2023-cü il yanvarın 1-i ilə müqayisə-də 8.0 faiz və yaxud 44 baş artmışdır.
    Quşlar. Uçot məlumatlarına görə cari ildə yanvarın əvvəlinə quşların sayı 228544 baş təşkil etmişdir ki, ötən illə müqayisədə 4.5 faiz və yaxud 9885 baş artmışdur. Mövcud olan quşların hamısı ailə kəndli və ev təsərrüfatlarına məxsus olmuşdur.
    Arı ailələri. 2024-cü il yanvarın əvvəlinə rayonda 6740 arı ailəsi qeydə alınmışdır. Onların sayı 2023-cü ilin yanvarın 1-i ilə müqayisədə 5.5 faiz artmışdır. Hazırda rayonda 467 təsərrüfat arıçılıqla məşğul olur.

    Tərtər Rayon Statistika İdarəsi

    Müəllif: Redaktor, 09:54

İsmarıclar bağlıdır.